08 Oktyabr 2013 02:10
960
PARLAMENT
A- A+

Avropa Parlamenti müşahidə missiyasının üzvləri Milli Məclisdə olmuşlar

 

Azərbaycanda prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Pino Arlaçinin başçılıq etdiyi Avropa Parlamentinin nümayəndə heyəti oktyabrın 7-də Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşmüşdür.

Azərbaycanda artıq yeddinci dəfə prezident seçkilərinin keçirildiyini qeyd edən Milli Məclisin Sədri hər seçkidən sonra ölkəmizin təcrübəsinin daha da artdığını vurğulamışdır. Oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkilərini 40 minə yaxın müşahidəçinin izləyəcəyini deyən Oqtay Əsədov onlardan 1300 nəfərinin beynəlxalq müşahidəçi olduğunu diqqətə çatdırmışdır.

Avropa Parlamentinin deputatları Azərbaycanın Avropa İttifaqı və Avropa Parlamenti ilə səmərəli əməkdaşlığından razılıqlarını ifadə edərək bu seçki prosesini yaxından izləyəcəklərini söyləmişlər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsindən də danışan deputatlar bu problemin son vaxtlar təşkilatın toplantılarında mütəmadi qaldırıldığını bildirmişlər.

Qeyd olunmuşdur ki, Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı Azərbaycan ərazilərindən çıxarılması məsələsi qurumun qəbul etdiyi bütün sənədlərdə əksini tapır.

 

AzərTAc,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video