12 Oktyabr 2021 08:55
485
DÜNYA
A- A+

Avropa İttifaqında neftin qiyməti artmaqda davam edir

 

Avropa İttifaqında neftin qiyməti hələ də artmaqdadır.

AZƏRTAC xəbər verir ki, Şimal dənizinin dibindən çıxarılan “Brent” markalı neftin və ABŞ-ın West Texas Intermediate (WTI) neftinin qiyməti bu gün maksimum həddə çatıb. Səhər saatlarında “Brent” markalı neftin bir barelinin qiyməti 83,66 dollar idi ki, bu da cümə gününə nisbətən 1,27 dollar çoxdur (üç ilin ən yüksək həddi), Amerika neftinin 1 barelinin qiyməti isə 1,53 dollar artaraq 80,88 dollara çatıb və 7 illik rekordu keçib. Enerji sektorundakı tədarüklə bağlı gərgin vəziyyət təkcə neft bazarında deyil. Çünki, son aylarda qazın və kömürün qiyməti də kəskin artıb.

Enerji qiymətləri bir sıra İttifaq ölkələrində inflyasiyanın kəskin artmasına səbəb olub. Məsələn, Almaniyada son 30 ilin ən yüksək inflyasiya səviyyəsi müşahidə olunur - 4,1 faiz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video