08 Fevral 2012 01:02
261
CƏMİYYƏT
A- A+

Avropa İttifaqı ilə ədliyyə sahəsində əməkdaşlıq genişlənir

 

Fevralın 7-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortla görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanın Avropa İttifaqı ilə səmərəli əməkdaşlığını qeyd edən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi, yeni məhkəmələrin yaradılması, hakimlərin seçimi və tədrisi  üzrə işlərdən danışmış, ölkəmizdə hakimlərin seçim prosedurasının Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələrində məhkəmə islahatlarının gücləndirilməsi layihəsində və Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının hesabatında müsbət model kimi qiymətləndirildiyini və bu təcrübənin digər dövlətlərə tövsiyə edildiyini vurğulamışdır.

Aİ-nin xüsusi nümayəndəsi F.Lefort  missiyası barədə məlumat vermiş, bölgələrdə əməkdaşlıq məsələlərinə toxunaraq mütəşəkkil cinayətkarlıqla mübarizə və narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulamışdır. Qonağın diqqətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalı və 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktı çatdırılaraq, nəzarətsiz qalmış bu ərazilərin silah və narkotiklərin qanunsuz dövriyyəsi üçün əlverişli şərait yaratdığı bildirilmişdir.

F.Lefort Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan ilə əməkdaşlığın uğurlu və çevik inkişafını məmnunluqla qeyd etmiş, ölkəmizdə məhkəmə sisteminin inkişafı, ədliyyə, o cümlədən penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə aparılan işlərə böyük maraq göstərərək bu sahədə qazanılmış nailiyyətləri təqdir etmişdir.

Söhbət zamanı Avropa İttifaqı ilə birgə həyata keçirilən "Azərbaycanda ədliyyə islahatlarına dəstək", habelə Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Hərtərəfli İnstitusional Quruculuq proqramları üzrə görülən işlər təqdir olunaraq, bu mühüm layihələrin uğurla icra olunacağına əminlik ifadə edilmişdir.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia iştirak etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video