15 Iyun 2021 23:55
1069
İDMAN
A- A+

“Avro-2020”: Portuqaliya millisi son dəqiqələrdə vurduğu üç qolla qələbə qazanıb

 

İyunun 15-də futbol üzrə Avropa çempionatının F qrupunun birinci turunun oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, Budapeştdəki “Puşkaş Arena” stadionunda keçirilən görüşdə Macarıstan və Portuqaliya komandaları üz-üzə gəlib. Cüneyt Çakırın idarə etdiyi görüş portuqaliyalıların 3:0 hesabı ilə qələbəsi ilə başa çatıb.

Qarşılıqlı hücumlar şəraitində keçən matçda komandalar bir neçə dəfə təhlükəli vəziyyət yaradıblar. Lakin komandaların cəhdlərinə baxmayaraq, oyunun birinci hissəsində qapılara top vurulmayıb.

Görüşdə daha üstün oyun nümayiş etdirən Portuqaliya millisi ikinci hissənin sonlarında ardıcıl üç dəfə fərqlənərək çempionata qələbə ilə başlayıblar. Əvvəlcə matçın 84-cü dəqiqəsində Rafael Gerreyro, 86-cı və 90-cı dəqiqələrdə isə Kriştiano Ronaldo fərqlənərək komandasına vacib qələbə qazanmaqda yardımçı olublar.

Bu qrupun digər görüşü Bakı vaxtı ilə saat 23:00-da Fransa və Almaniya yığmaları arasında oynanılacaq. Bu oyundan sonra Avropa çempionatının birinci turuna yekun vurulacaq.

Qeyd edək ki, Almaniya millisi qitə birinciliklərində ən çox çempion olan iki komandadan biridir. 1972-ci, 1980-ci və 1996-cı illərdə Avropa çempionu olan almanların bu rekordunu 1964-cü, 2008-ci və 2012-ci illərdə kuboku başı üzərinə qaldırmış ispanlar təkrarlayıblar. Həmçinin Almaniya seçməsi bu çempionatın finalına ən çox – 6 dəfə vəsiqə qazanmış yeganə komandadır.

Fransa yığması isə iki dəfə - 1984-cü və 2000-ci illərdə Avropa çempionu adını qazanıb.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyunun 16-da Türkiyə-Uels, dörd gün sonra İsveçrə-Türkiyə görüşünə ev sahibliyi edəcək. İyulun 3-də isə çempionatın dörddəbir final mərhələsinin bir qarşılaşması Bakıda oynanılacaq.

“Avro-2020”nin final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video