18:25 02 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Avro-2020”: Belçika millisi növbəti mərhələyə vəsiqə qazanıb
ANA SƏHİFƏ / İDMAN
23:35 17.06.2021

 

Futbol üzrə Avropa çempionatında B qrupunun II turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun növbəti qarşılaşmasında Danimarka və Belçika yığmaları üz-üzə gəlib. Kopenhagendəki "Parken" stadionunda təşkil olunmuş qarşılaşma Belçikanın qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı Danimarka millisinin hücumçusu Yussuf Poulsen açıb. İyirmi yeddi yaşlı forvard bir dəqiqə 39-cu saniyədə fərqlənərək, Avropa çempionatları tarixinin ikinci ən sürətli qolunun müəllifi olub.

Fasilədən sonra "qırmızı şeytanlar" hesabda dönüş etməyi bacarıb. Matçın 55-ci dəqiqəsində Torqan Azar, 70-ci dəqiqəsində isə Kevin De Bruyne fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Bununla da Rusiyanın ardından (3:0) Danimarkanı da məğlub edən Belçika millisi xalını 6-ya çatdıraraq, B qrupunun lideri kimi səkkizdəbir finala növbəti vəsiqəyə sahib çıxıb.

Xatırladaq ki, ilk vəsiqəni ötən gün A qrupundan İtaliya yığması əldə edib.

Qeyd edək ki, B qrupunda II turun digər görüşündə Rusiya yığması Finlandiyaya 1:0 hesabı ilə qalib gəlib. Hazırda bu iki komanda 2-3-cü yerləri bölüşür. III turda Belçika Finlandiyanı, Rusiya Danimarkanı sınağa çəkəcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM