05:57 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Avqust ayı ərzində Bakı və Sumqayıt tibbi ərazi bölmələrinin əhalisinə 687 mindən çox tibbi xidmət göstərilib
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:08 16.09.2021

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin avqust ayı ərzində Bakı tibbi ərazi bölmələri (TƏB) üzrə 172 min 903 və Sumqayıt TƏB-i üzrə 39 min 214 vətəndaşa ümumilikdə 687 min 284 tibbi xidmət göstərilib.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 322 min 297 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 497 min 622-si ambulator, 189 min 662-si isə stasionar şəraitdə göstərilib.

Bu ilin avqust ayı üzrə həmin tibbi ərazi bölmələrinə dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:

Bakı TƏB-i üzrə əhalinin hər 1000 nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan rayonlar: Pirallahı (203), Nərimanov (202), Yasamal (186), Sabunçu (176), Nəsimi (148), Xəzər (144), Səbail (113), Suraxanı (93), Qaradağ (49) və Binəqədi (49).

Sumqayıt TƏB-i üzrə əhalinin hər 1000 nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 102 təşkil edib.

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi (104 min 559), Kliniki Tibbi Mərkəzi (81 min 536), Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (72 min 479), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (52 min 225), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (45 min 21), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (40 min 354), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (21 min 819), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (17 min 505), Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (14 min 930) və 13 nömrəli Uşaq Poliklinikası (10 min 857).

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və 13 nömrəli Uşaq Poliklinikası.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Respublika Perinatal Mərkəzi və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu.

Ötən ay ərzində Bakı və Sumqayıt TƏB-ləri üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs sistemi xəstəlikləri, həzm sistemi xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, zədələr və zəhərlənmələr, mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri və sidik-cinsiyyət sistemi xəstəlikləri ilə bağlı olub.

2021-ci ilin avqust ayında Bakı TƏB üzrə 575 min 142, Sumqayıt TƏB üzrə isə 112 min 142 tibbi xidmət göstərilib.

2020-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən, Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 47 min nəfər təşkil edir.

Məlumata əsasən, bütün ölkə üzrə avqust ayı ərzində 594 min 898 nəfərə 959 min 227 müraciət üzrə 2 milyon 165 min 265 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 milyon 797 min 382-si ambulator, 367 min 883-ü isə stasionar şəraitdə göstərilib.

Agentliyə daxil olan hesabatlara əsasən, 2021-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə 15 min 238 göndəriş verilib. Bu göndərişlərin 6118-i invaziv radiologiya, 2499-u radiologiya, 1999-u oftalmologiya, 1361-i urologiya, 1222-si ürək-damar cərrahiyyəsi, 705-i neyrocərrahiyyə, 231-i travmatologiya, 201-i kardiologiya, 15-i isə ginekologiya üzrə verilib. Digər sahələr üzrə verilmiş göndərişlərin sayı 887 təşkil edib.

Qeyd edək ki, göndərişlərin 14 min 239-u (93 faiz) planlı, 999-u (7 faiz) isə təcili əsasla qeydə alınıb.

İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə 9 min 664 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 297 nəfərini uşaqlar təşkil edib. 18 yaşdan yuxarı 3712 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 3057, oftalmologiya üzrə 1347, urologiya üzrə 641, nevrologiya/neyrocərrahiyyə üzrə 383, travmatologiya üzrə 279, LOR üzrə 137, digər sahələr üzrə 55, ümumi cərrahiyə üzrə 43, ginekologiya və doğuş üzrə 10 nəfər əməliyyat olunub. Qeyd edək ki, ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 125 nəfər 18 yaşdan aşağı olanlardır. Vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

Cari ilin yanvar-avqust ayları ərzində isə bütün ölkə üzrə 2 milyon 812 min 918 nəfər tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 13 milyon 207 min 556 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 10 milyon 734 min 244-ü (81 faiz) 18 yaşdan yuxarı, 2 milyon 473 min 312-si (19 faiz) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM