30 Dekabr 2019 23:52
2741
Birinci vitse-prezident
A- A+

Autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində bayram şənliyi təşkil olunub Birinci vitse-prezident Mehriban Əliyeva şənlikdə iştirak edib


Dekabrın 30-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nərimanov rayonunda "Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində olublar.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını Heydər Əliyev Fondunun dəstəyilə fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində qeyd etdi.

Autizmli uşaqlar öz istedadlarını nümayiş etdirdilər.

Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzin nəzdində fəaliyyət göstərən xor kollektivi ilə birgə mahnı ifa etdi.

Sonra Mehriban xanım Əliyeva uşaqlarla birgə tort bişirdi, onlarla söhbət etdi.

Mərkəzin yetirməsi olan, hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin ikinci kursunda təhsil alan Əlisahib Bayramov və digər uşaqlar pianoda müxtəlif musiqilər ifa etdilər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da musiqi ifa etdi.

Daha sonra Birinci vitse-prezident autizmli uşaqlarla birgə bişirdikləri tortu çay süfrəsi arxasında daddılar.

İctimai Birliyin sədri Aytən Eynalova bildirdi ki, hazırda bu Mərkəzdə 70-dək uşaq intensiv terapiyadan faydalanır. Burada autizm sindromlu uşaqların qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olurlar.

Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzin kollektivini, burada müalicə alan uşaqları və ailə üzvlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video