22 May 2014 05:05
469
Səhiyyə
A- A+

ATU-nun rektoru Türkiyənin tibb sahəsində nüfuzlu şirkətlərinin təmsilçiləri ilə görüşmüşdür

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov Türkiyənin tibb sahəsində nüfuzlu “Elsevier” və “Gemini LTD” şirkətlərinin təmsilçiləri ilə görüşmüşdür.

ATU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ə.Əmiraslanov bu şirkətlərin təqdim etdiyi xidmətlərin çox faydalı olduğunu, rəhbərlik etdiyi təhsil ocağının səhiyyə sahəsindəki yeniliklərlə daim maraqlandığını və hər zaman modern texnologiyaların tətbiqinə çalışdığını bildirmişdir. Rektor demişdir ki, tibb alimləri üçün belə proqramların böyük əhəmiyəti vardır.
Görüşdə bu şirkətlərin məhsullarının Türkiyədəki universitetlərin tibb fakültələrində istifadə olunduğu bildirilmişdir.
Türkiyəli qonaqlar şikətlərinin təqdim etdikləri axtarış sisteminin səhiyyənin və cərrahiyyənin bütün bölmələrini əhatə etdiyini, bu proqramın həkimlərin işini sürətləndirməsini, elm adamlarının daha dolğun araşdırma aparmalarına imkan yaratdığını bildirmişlər.
ATU-nun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rəhimə Qabulova təmsil olunduğu universitetin klinikalarında artıq bu cür sistemlərin tətbiq olunduğunu bildirərək demişdir ki, belə proqramlar tibb işçilərinin, alimlərin elektron qaynaqlara müraciətini daha da asanlaşdırır.
Sonra qonaqlar ATU-nunTədris Terapevtik Klinikasında “ClinicalKey tibb bazası” mövzusunda təqdimat keçirmişlər. Qeyd olunmuşdur ki, “Elsevier” şirkətinin təqdim etdiyi “ClinicalKey” axtarış sistemi özündə 2200 jurnal, 25 min adda kitab və sorğu kitabçasını birləşdirir. “Gemini LTD” şirkəti isə indiyədək 210-dan artıq kitabxana üçün 3M kitab təhlükəsizliyi sistemini qurmuşdur. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video