06 Iyul 2021 09:32
568
SİYASƏT
A- A+

ATƏT Parlament Assambleyasında Azərbaycandan Türkiyəyə dəstək

 

İyulun 5-də Vyana şəhərində ATƏT Parlament Assambleyası (ATƏT PA) Daimi Komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iyulun 6-dək davam edəcək sessiyada Azərbaycanı ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev təmsil olunur.

Azay Quliyev pandemiya dövründə qurumun rəsmi orqanlarının fəaliyyətindən bəhs edib. Qeyd edilib ki, son bir il yarımı əhatə edən dövrdə təşkilatın fəaliyyətini təşkil etmək və virtual toplantılar əsasında sənədlərin müzakirə və qəbulunu həyata keçirmək böyük səylər tələb edib. A.Quliyev təşkilatın prezidenti və katibliyin rəhbərinə bu fəaliyyət görə təşəkkür edib.

Azərbaycan nümayəndəsi çıxışında ATƏT Parlament Assambleyasının Helsinki Yekun Aktının qəbul edilməsinin 50 illiyi ilə əlaqədar olaraq irəli sürülən “Helsinki+50 prosesi” təşəbbüsü çərçivəsində görülmüş işləri dəyərləndirib və bununla bağlı tezliklə ayrıca bir konfransın keçirilməsinin vacibliyini qeyd edib.

İclas zamanı “Təxirəsalınmaz məsələlər” çərçivəsində ABŞ-ın təklif etdiyi “ATƏT məkanında nifrət, dözümsüzlük, şiddət və diskriminasiyanın artmasına qarşı” qətnamə layihəsi də müzakirə edilib. Sənədin müzakirəsi zamanı Azay Quliyev çıxış edərək, qətnamə layihəsinin əksər müddəalarını təqdir edib, lakin sənədin bir sıra mühüm məqamları, dolğun şəkildə əhatə etmədiyini diqqətə çatdırıb.

Azərbaycan nümayəndəsi ilk növbədə Türkiyənin maraqlarına cavab verməyən maddələrin qətnamədən çıxarılmasına çağırıb və türkiyəli həmkarlar ilə birlikdə düzəliş təkliflərini hazırlayaraq ABŞ nümayəndələrinin diqqətinə çatdırıb. Azərbaycanın Türkiyəyə göstərdiyi dəstəyin nəticəsində ABŞ təmsilçisi qətnamə layihəsinə verilən düzəlişləri məqbul hesab edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video