18:29 30 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
11:39 30.07.2021 Şuşanın dağları
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Atəş səsləri əlləri işdən soyutmur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:44 22.10.2020


Ölkənin böyük aqrar potensiala malik rayonlarından biri də Ağcabədidir. Son günlər şiddətlənən döyüşlər Ağcabədiyə də təsirsiz ötüşmür. Ermənistan silahlı qüvvələri tərəfindən atılan artilleriya mərmiləri Ağcabədinin kəndlərinə də düşür. Mülki obyektlərə, yaşayış evlərinə zərər vurur.

Bütün bunlara rəğmən rayonun təsərrüfat həyatında işlər öz qaydası ilə davam edir. İndi rayonda pambıq yığımının qızğın çağıdır. Hazırda ağ örpəyə bürünmüş bol məhsullu tarlalarda 40-dan çox pambıqyığan maşın işləyir. Deyirlər, bu il pambıq ilidir. Göz işlədikcə uzanan tarlalar bol məhsulu ilə üzə gülür.

Rayonun fermerləri bu il 10689 hektarda pambıq əkmişlər. Aqrotexniki tədbirlərə ciddi əməl olunmasının, kompleks becərmə tədbirlərinin yüksək keyfiyyətlə həyata keçirilməsinin uğurlu nəticələri bu gün Ağcabədi kəndlisində bir məmnunluq yaradır. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün” devizi ilə çalışan Ağcabədi pambıqçısı bu gün tarlaları əsl hünər meydanına çevirib.

Birinci dərəcəli "Əmək ordeni” ilə təltif olunmuş qabaqcıl fermer Tofiq İsmayılovun pambıq tarlaları Yuxarı Qaradolaq kəndindədir. Bura cəbhə xəttinə yaxın bir ərazidir. Atəş səsləri aydın eşidilir. Təcrübəli pambıqçı bizimlə söhbətində deyir:

- Bu gün müharibə aparan dövlətin qalib gəlməsi üçün güclü iqtisadiyyata malik olması çox vacibdir. Biz bu məqsəd aydınlığı ilə çalışır, ölkəmizin iqtisadi gücünü artırmağa sanballı töhfələr verməyə səy göstəririk. Bu il 40 hektarda pambıq əkib-becərmişik. Halal zəhmətimizin nəticəsi fərəhlidir. İndiyədək xeyli hektarın məhsulunu yığmışıq. Birinci üz məhsulun orta məhsuldarlığı 58 sentnerdir. Sonrakı yığımlarda heç şübhəsiz orta məhsuldarlıq 60 sentnerdən yüksək olacaq. Eşidilən atəş səsləri bizi qətiyyən qorxutmur, əlimizi işdən soyutmur. Əksinə daha inamla çalışmaq, daha yüksək naliyyətlər qazanmaq üçün gücümüzə güc qatır.

Lazım QULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM