06 Sentyabr 2011 02:09
454
İQTİSADİYYAT
A- A+

Asudə vaxt

 

Abşeronda onun səmərəli təşkili üçün yüksək şərait yaradılır

 

Mavi Xəzərin sahilində bir cənnət məkanı olan bu yerlər öz gözəllikləri ilə insanları valeh edir. Sözügedən məkan son illər iqtisadi yüksəlişini yaşayan Abşerondur.

Abşeron rayonu eyniadlı yarımadanın ən böyük ərazi vahididir. Respublikamızın paytaxtı Bakının bir addımlığında yerləşən Abşeron ölkəmizə gələn və gedən turistlərin vizit kartıdır desək, səhv etmərik.

Yay gələndə Abşerona, dəniz sahillərində yerləşən bağlara gələnlərin sayı artır. Gündüzlər işdə olanlar axşam vaxtı bağ və parklarda gəzintiyə çıxmağa üstünlük verirlər. Asudə vaxtlarını səmərəli keçirmək istəyən vətəndaşlar istirahət yerlərinə üz tuturlar. Burada təmizliklə qarşılaşanda, zövq oxşayan mənzərələrlə üzləşəndə isə rahatlıq tapırlar.

Bu gün abşeronlulara asudə vaxtlarını səmərəli keçirmək üçün hər cür şərait yaradılıb. Xırdalan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkı rayon sakinlərinin ən çox gəldikləri, istirahət etdikləri məkandır.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkı bir neçə ildir fəaliyyət göstərir. 11 hektar ərazisi var. Parkın direktoru Fərhad Qiyasov bildirdi ki, bu məkanda müxtəlif yaşda olan insanların istirahəti ayrı-ayrılıqda nəzərə alınıb. Böyüklərlə yanaşı, balacalar üçün də ayrıca əyləncə mərkəzləri yaradılıb. Bu da onların sərbəst istirahət etmələrinə şərait yaradır. Burada istirahət günlərində (yayda hər gün) yaradıcılıq sərgiləri, kitab günləri, şeir müsabiqələri, viktorinalar keçirilir. Uşaqlar da belə tədbirlərin iştirakçısına çevrilirlər. Bir neçə yerdə stolüstü oyunlar üçün texniki avadanlıqlar quraşdırılıb. Yeni ailə quranlar yollarını buradan salaraq ulu öndərin abidəsini ziyarət edirlər.

- Yay gələndən tədbirlərimiz də çoxalıb, - deyə F.Qiyasov sözünə davam edir. - Bura çoxu, demək olar, ailəliklə gəlir. Gənclərin vətənpərvərlik tərbiyəsinə, dövlətçilik ənənələrinə həsr olunmuş kütləvi tədbirlər keçiririk. İştirakçılar əsasən gənclər olur. Şəhər hüquq-mühafizə orqanları ilə birlikdə yayda hər həftə təşkil olunan müxtəlif  devizli tədbirlərdə abşeronlular fəal iştirak edirlər. 

Parkda yerləşən Heydər Əliyev muzeyi günün hər vaxtı insanlarla dolu olur. Ulu öndərin keçdiyi ömür yolu, respublikamızın müstəqilliyinin qorunub saxlanmasında və inkişafında müstəsna xidmətləri haqqında bura gələnlərə məlumat verilir. Parkın ərazisində yerləşən abidə kompleksinin qarşısına düzülən gül dəstələri abşeronluların ümummilli liderə olan sonsuz məhəbbətinin nişanəsi kimi qiymətləndirilir.

- Xarici ölkələrdən olan turistlər istirahət parkına həvəslə gəlirlər, - F.Qiyasov vurğulayır. - Parkda xidmət yüksək standartlara uyğundur. İnanın, bəzən insanlar gecə keçənə qədər burada əylənir, uca şam ağaclarının altında gəzişirlər. Yayda nə qələr isti olur-olsun, buralar sərinliyi ilə seçilir.

Parkda açıq səma altında musiqiçilər, müğənnilər, aktyorlar xüsusi konsert proqramları ilə çıxış edirlər. Tamaşa etməyə gələnlər arasında istedadı olanlar da səhnəyə çıxır.

- Parkda bir-birindən gözəl fəvvarələr quraşdırılıb. Onu da nəzərə çatdıraq ki, Abşeron şəhərində fəvvarələr xüsusi zövqlə quraşdırılır.

Öyrənirik ki, RİH rəhbərliyi vaxtaşırı parkda olur, əhali ilə birbaşa görüşlər keçirir. Burada sənətindən, peşəsindən asılı olmayaraq gələn insanlarla rastlaşmaq mümkündür. Parkın rəhbərliyi bildirdi ki, mövsümün sonunadək daha bir neçə tədbirin keçirilməsi nəzərdə tutulub. Uşaqları, böyükləri, gənc ailələri əhatə edəcək bu tədbirlər maraqlı və rəngarəng olacaq.

Ümumiyyətlə, təkcə yay aylarında deyil, ilin bütün fəsillərində Abşeronun istirahət parklarında, xiyabanlarında axşamlar qələbəlik olur. Əhali istirahət və mədəniyyət parkında yaradılan şəraitə görə əlaqədar təşkilatlardan razılıq edir.

 

Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video