02 Iyul 2021 00:43
998
İQTİSADİYYAT
A- A+

Astarada yeni ziyarətgah - Zəfər Parkı salınıb

 

Vətən müharibəsində Astara rayonundan 574 nəfər iştirak etmiş, 41 nəfər şəhid olmuş, 138 nəfər yaralanmış, sağlamlığını itirmişdir. Ümumilikdə Birinci və İkinci Qarabağ müharibələrində rayonumuzun 124 cəsur, mərd oğlu şəhidlik zirvəsinə ucalmışdır.

Noyabrın 8-nin Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsi ilə əlaqədar Prezidentin sərəncamından sonra Astara şəhərinin Heydər Əliyev prospektində Zəfər Parkının inşasına başlanmışdır. Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığı və möhtəşəm tarixi zəfəri özündə əks etdirən, müasirliyi ilə seçilən, xüsusi dizaynla inşa edilmiş xatirə abidəsi Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü ərəfəsində istifadəyə verilmişdir.

Bununla bağlı keçirilən tədbirdə bildirilmişdir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilərək dünyanın güclü ordularından birinə çevrilən Azərbaycan Silahlı Qüvvələri şanlı qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində tarixi zəfər çaldı. Bu qələbə xalqımızın birliyi, qəhrəman əsgər və zabitlərimizin Vətən sevgisi, iradəsi, əzmi ilə qazanıldı.

Qeyd olundu ki, qəhrəman oğullarımız Birinci Qarabağ müharibəsində də Vətənin müdafiəsinə qalxmışlar. Lakin vahid komandanlığın olmaması, ordudakı hərc-mərclik, ölkədəki anarxiya və xaos torpaqlarımızın itirilməsi, işğalı ilə nəticələnmişdir. Nəhayət ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə torpaqlarımızı işğaldan azad edərək zəfər tarixi yazdı.

Sonra bildirildi ki, yaşadığımız bu sevincli günlər üçün şəhidlərimizə, qazilərimizə və bütün döyüşçülərimizə borcluyuq. Onlar tərəddüd etmədən canlarını fəda edərək erməni vandallarının zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərin, şəhidlərimizin qisasını aldılar.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş hərbi qulluqçular müxtəlif orden və medallarla təltif olunmuşlar. Qələbə rəmzi olan Zəfər Parkında medallar təqdim edilmişdir. Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev şəhid polkovnik-leytenant Nail Orucovun təltif olunduğu “Azərbaycan Bayrağı” ordenini və “Vətən uğrunda” medalını oğlu İbrahimə təqdim edərək atası ilə bütün Azərbaycan xalqının fəxr etdiyini, qürur duyduğunu bildirdi.

Sonra “İgidliyə görə”, “Hərbi xidmətlərə görə”, 3-cü dərəcəli “Vətənə xidmətə görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən uğrunda” medalları şəhid hərbi qulluqçuların ailələrinə və qazilərə təqdim olundu.

 

Safail MƏMMƏDOV,

Astara

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video