AŞ PA-nın komitələrinin iclaslarında Ermənistanda demokratik təsisatların fəaliyyəti müzakirə olunacaqdır
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu sentyabrın 7-dən 12-dək Parisdə səfərdə olacaqdır.
Nümayəndə heyətinə deputatlardan Rəfael Hüseynov, Sevinc Fətəliyeva, Sahibə Qafarova və Elxan Süleymanov daxildirlər. Səfərin məqsədi AŞ PA-nın daimi komitələrinin iclaslarında iştirak etməkdir. Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, AŞ PA-nın Hüquqi işlər və insan haqları, Monitorinq, Qadınlar və kişilər üçün bərabər imkanlar, Sosial, səhiyyə və ailə işləri üzrə komitələrinin toplantılarında dövlət sirri və milli təhlükəsizlik, terrorizmə qarşı mübarizə, onlayn mətbuatda məxfiliyin və şəxsi məlumatların mühafizəsi, Ermənistanda demokratik təsisatların fəaliyyəti, Serbiyada öhdəliklərin yerinə yetirilməsi, Türkiyədəki mövcud durum, dünyada qadın hüquqlarının qorunması, siyasi partiyalarda gender bərabərliyinin təşviqi və digər məsələlər müzakirə ediləcəkdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Vətəni qorumaq ən müqəddəs borcumuzdur
29 Mart
Lənkəranda "Bələdiyyələrdə gender bərabərliyi siyasətinin həyata keçirilməsi"ndən danışılıb...
29 Mart
ASF Neftçalada əkin sahələrində subasma halları ilə bağlı zərər dəyərləndirməsinə başlayıb...
29 Mart
Biləsuvarda növbəti ağacəkmə aksiyası keçirilib
29 Mart
Şirvanda daha bir həyət abadlaşdırılıb
29 Mart
Gəncənin daxili yollarında təmir işləri yekunlaşıb
29 Mart
Təzə ad düşərli olub
29 Mart
Qafqazda sülhü savaşa çevirmək istəyən kənar qüvvələr var
29 Mart
Ermənistan başqalarının əlində alətə çevrilmişdir
29 Mart
İmperializmin təzahürü
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!