01 Noyabr 2018 21:43
961
DÜNYA
A- A+

Arxeoloqlar Misir piramidalarının sirrini açıblar


Fransa Şərq Arxeologiya İnstitutunun və Liverpul Universitetinin birgə missiyası Misirdə qədim rampa aşkar edib. Alimlərin fikrincə, 4500 yaşı olması güman edilən bu rampanın köməyi ilə qədim misirlilər piramidaların tikintisi üçün çox böyük ölçülü daş blokları daşıyırmış.

AZƏRTAC Misir KİV-lərinə istinadla xəbər verir ki, əl-Minya əyalətinin ərazisində yerləşən qədim karxanada tapılmış qurğudan, arxeoloqların fikrincə, Böyük Xeops Piramidasının tikintisi üçün istifadə edilib. Bu qurğu iri daş blokların çıxarılması və daşınması üçün mükəmməl sistemdir.

Missiyanın rəhbərlərindən biri – Yannis Qurdon izah edib ki, qazıntı işləri zamanı belə qurğuların təsvirləri əvvəllər də tapılıb, lakin ilk dəfədir ki, arxeoloqlar yaxşı vəziyyətdə qalmış rampa aşkar ediblər. Onun sözlərinə görə, aşkar edilmiş təsvirlərin, qurğuların və yazıların öyrənilməsi bu nəticəyə gəlməyə əsas verir ki, bu sistem Gizadakı Böyük Piramidanın memarı firon Xeopsun hakimiyyəti dövrünə aiddir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video