10 Aprel 2021 00:36
839
İQTİSADİYYAT
A- A+

Arıçılığa dövlət dəstəyi bəhrəsini verir

 

Ölkədə aqrar sektorun inkişafı istiqamətində aparılan siyasət öz müsbət nəticəsini verməkdə davam edir. Hətta koronavirus pandemiyası dövründə bir çox sahələrdə məhsul istehsalı azalsa da, kənd təsərrüfatında tənəzzül hiss olunmamışdır. Bu fakt da sübut edir ki, dövlətin son vaxtlar kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına verdiyi dəstək nəticəsiz qalmamışdır.

Xüsusilə dövlət başçısı tərəfindən ənənəvi sahələrin dirçəldilməsi barədə imzaladığı sərəncamlar bu təşəbbüsün özünü doğrultduğunu sübut etmişdir. Pambıqçılığın, tütünçülüyün, baramaçılığın, çəltikçiliyin, fındıqçılığın və digər sahələrin inkişafı ilə bağlı görülən tədbirlərdən sonra adları çəkilən sahələrdə məhsuldarlığın yüksək sürətlə artması da bunu təsdiqləyir. Məsələn, baramaçılığın inkişafı barədə imzalanmış sərəncamdan sonra bu sahədə məhsuldarlıq faizlə deyil, dəfələrlə artmışdır.

Onu qeyd edək ki, sözügedən sərəncamlarda  qarşıya qoyulan  vəzifələrin icrası inzibati xarakter daşımır, əksinə, fermerlərin həmin sahələrə maraq göstərməsi üçün dövlət tərəfindən onlara maliyyə  dəstəyi verilir, həmçinin məhsulun xarici bazara çıxarılması, yüksək gəlir əldə edilməsi üçün kömək göstərilir. Fermerlər də bu dəstəyə cavab olaraq  məhsul istehsalını artırırlar.

Dövlətin inkişafına dəstək verdiyi ənənəvi sahələrdən biri də arıçılıqdır. Prezidentin 5 mart 2018-ci il tarixli “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” sərəncamı bu sahənin inkişafına öz müsbət təsirini göstərib. Həmin sənədə əsasən, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə 2018-ci il də daxil olmaqla, beş il müddətində subsidiya ödənilir.

Arıçılığın inkişafında təkşilatlanma və idarəçilik önəmli rol oynayır. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılmış, həmçinin Azərbaycan Arıçılıq Assosiasiyası təsis edilmişdir. Hazırda damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genofond (damazlıq) arıxanalarının yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili və s. istiqamətlərdə məqsədyönlü tədbirlər görülür. Bunun nəticəsi olaraq arı ailələrinin sayında,  bal və digər arıçılıq məhsullarının istehsalında, habelə ixracında əhəmiyyətli artım müşahidə edilir. Arıçılığa dövlət dəstəyi sayəsində rayonlarda fermerlərin bu sahəyə marağı ildən-ilə artır. Məsələn, Biləsuvar rayonunda mövcud olan 98 arıçılıq təsərrüfatında 3000-dən çox arı ailəsi saxlanılır. Ötən il həmin arı ailələrinin hər birindən 10 kiloqram olmaqla 36 ton 12 kiloqram məhsul götürülüb. Saxlanılan arı ailələrinə görə, rayon arıçılarına dövlət tərəfindən 30 min manat subsidiya ödənilib.

Astara rayonunda da arıçılığın inkişafında böyük dönüş yaranıb. Qeyd edək ki, Astara arıçılıqda ölkəmizin öndə gedən rayonlarındandır. Astara Arıçılar Birliyinin sədri Arif Nəzərov deyir ki, bu il məhsuldarlıq yaxşı olacaq. Artıq arılar çiçək tozu gətirməyə başlayıb. Bu, məhsuldarlıqda mühüm  rol oynayan faktordur. Ötən il rayonda 400 tona yaxın bal tədarük olunub. Cari mövsüm ilk balın süzülməsi hava şəraitindən olaraq iyun ayının ortalarında aparılacaq. A.Nəzərov bildirir ki, rayonda həvəskar arıçılarla birlikdə 1300-dən çox arıçı var. Onların təsərrüfatlarında 28 minə yaxın arı ailəsi bəslənilir.

Bu iki rayonun timsalında arıçılığın inkişafında müsbət dinamika  aydın görünür. Dövlət tərəfindən arıçılığın inkişafına dəstək verildikdən sonra ölkəmizin bütün ərazisində arı ailələrinin saxlanmasına və bal istehsalına böyük maraq yaranıb. Son vaxtlar bu növ məhsullarla daxili tələbatın ödənilməsi ilə yanaşı,  ixracın da artdığının şahidi oluruq.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video