28 Sentyabr 2011 12:09
972
Milli Məclis
A- A+

Argentinalı deputatlar Milli Məclisdə olublar

 

Sentyabrın 27-də ölkəmizdə  səfərdə olan Argentina - Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Milli Məclisdə Argentina ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşlər. Qrupun  rəhbəri Rüstəm Xəlilov demişdir ki, respublikamız müstəqilliyini bərpa etdikdən sonra digər ölkələrlə olduğu kimi, Argentina ilə də sıx əlaqələr qurmuşdur. İnanırıq ki, argentinalı deputatların bu səfərindən sonra parlamentlərarası əməkdaşlığımız daha da genişlənəcəkdir.

Rüstəm Xəlilov qonaqlara Azərbaycanın sosial-iqtisadi inkişafı, regiondakı mövqeyi, nüfuzu barədə ətraflı məlumat vermiş, Argentina ilə təkcə siyasi deyil, iqtisadi əlaqələrin, eləcə də ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar olduğunu bildirmişdir. O, Bakıda Argentinanın səfirliyinin açılmasının hər iki tərəf üçün səmərəli olacağını vurğulamışdır. 

Daha sonra işçi qrupunun rəhbəri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün acı nəticələrindən söz açmış, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapacağına və Argentinanın rəsmi Bakının ədalətli mövqeyini dəstəkləyəcəyinə ümidvar olduğunu bildirmişdir.

Argentina-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri deputat Roberto Mario Mouilleron Azərbaycana səfərlərindən məmnun qaldıqlarını bildirmişdir.  O demişdir ki, səfər çərçivəsində çox səmərəli görüşlər keçirmiş, Azərbaycan ilə bağlı geniş məlumatlar əldə etmişlər. Qonaq respublikamızın zəngin mədəniyyətə, təbii sərvətlərə malik, tolerant ölkə olduğunu vurğulamışdır.

Sonda Roberto Mario Mouilleron bildirmişdir ki, Argentinada Azərbaycana böyük maraq var. Parlamentlərarası dostluq qrupu yaradılarkən Argentina parlamentinin hər iki palatası tərəfindən dəstək alınmışdır. Biz çalışacağıq ki, tez bir zamanda Bakıda Argentinanın səfirliyi açılsın.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video