11 Noyabr 2011 01:11
447
Təhsil
A- A+

Argentina Azərbaycanla əməkdaşlıqda maraqlıdır

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranao və onun rəhbərliyi altında bir qrup nümayəndə heyətilə görüş keçirildi. Qonaqlar AzScienceNet, Tədris-İnnovasiya və Multimedia mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olduqdan sonra institutda elmi, tədris proseslərinin yüksək səviyyədə aparılması, müasir texniki avadanlıqlarla təmini, milli innovasiya sisteminin formalaşması istiqamətində həyata keçirilən işlər haqqında qonaqlara ətraflı məlumat verildi. İTİ-də təşkil edilən görüşlər, həyata keçirilən layihələrdən, institutun dünyanın İT üzrə universitet və elmi mərkəzləri ilə əməkdaşlıq əlaqələrindən söhbət açıldı.

AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar, İT sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verdi.

AMEA İTİ-də fəaliyyət göstərən alim və mütəxəssislərin elmi məqalələrinin "Tomson Reyestr" tərəfindən müəyyənləşdirilmiş istinad indeksli beynəlxalq jurnallarda nəşr olunduğunu bildirən alim institutun əməkdaşlarının beynəlxalq səviyyəli elmi toplantılarda fəal iştirakından söhbət açdı. O, ölkədə biliklər iqtisadiyyatının formalaşdığını, İKT-nin imkanlarından geniş istifadə etməklə elmi fəaliyyətin müasir tələblərə uyğun inkişaf etdiyini, elmi idarəetmənin təkmilləşdirilməsi, milli elmi informasiya fəzasının formalaşdırılması istiqamətində "E-elm" layihəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.

Argentinalı nazir L.Baranao Argentinanın həm özəl, həm də dövlət sektorunda İKT-nin inkişafı və tətbiqinin vacib məsələlərdən olduğunu, bu istiqamətdə işlər aparıldığını və institutun ümumi strukturunu və burada aparılan işləri yüksək dəyərləndirdi, Argentina ilə Azərbaycan arasında elmi-texniki sahədə birgə layihələrin həyata keçirilməsində, əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video