ARDNŞ Rumıniyada yeni yanacaqdoldurma məntəqələri istifadəyə verib
Rumıniyanın Botoşani şəhərində ARDNŞ-in prezidenti R.Abdullayevin iştirakı ilə "SOCAR" brendi ilə fəaliyyət göstərəcək bir necə yanacaqdoldurma məntəqəsinin rəsmi acılış mərasimi keçirilib.
Bu məntəqələr Avropa Birliyində ARDNŞ-in ilk investisiya layihələri çərçivəsində yenidən tikilib və təmir olunub. Avropa standartlarına cavab verən YDM-lər Rumıniyanın strateji əhəmiyyət daşıyan, Moldova və Ukrayna ilə həmsərhəd olan şimal bölgəsində - Botoşani, Suceava, İaşi və Neamt vilayətlərində yerləşir. Botoşani vilayətinin Botoşani şəhərinin İndependentei, Mihai Eminescu küçələrində, Rachiti, Trusesti bölgələrində, Suceava vilayətinin Gura Humorului, Campulung Moldovenesc, Pojorita, Argestru, Rosu bölgələrində, İaşi vlayətinin İaşi şəhərində və Neamt vilayətinin Grinties bölgəsində ümumilikdə 11 yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Bu YDM-lərdə ənənəvi A-95 və A-92 benzin növləri ilə yanaşı, Nano 95 və Nano DT (dizel yanacağı) növlərinin də satışı həyata keçiriləcək.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mədəniyyət beşiyi
25 Aprel
COP29 Azərbaycan üçün böyük fürsətdir
25 Aprel
COP29 ərəfəsində "yaşıl külək"
25 Aprel
"Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"
25 Aprel
Azərbaycan-Çin əlaqələri dostluğa və qarşılıqlı maraqlara söykənir
25 Aprel
Sahibkarlar iqtisadi inkişafın aparıcı qüvvəsidir
25 Aprel
"Delimitasiya Hayastanın xilası olacaq"
25 Aprel
Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir
25 Aprel
Fransanın Azərbaycanın uğurlarını seyr etməkdən başqa yolu yoxdur
25 Aprel
Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində koordinatların dəqiqləşdirilməsi proses...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!