18 Mart 2012 01:03
380
Mədəniyyət
A- A+

ARDNŞ «Eurovision-2012» mahnı müsabiqəsinin rəsmi tərəfdaşı elan edilmişdir

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu il Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin rəsmi tərəfdaşı elan edilmişdir.

Buna münasibət bildirən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev qeyd etmişdir ki, şirkət Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin əsas tərəfdaşlarından biri olmaqdan çox məmnundur. Biz bu müsabiqənin ən yüksək səviyyədə keçirilməsi, iştirakçıların və ölkəmizin qonaqlarının Bakıda keçirəcəkləri günlərdən məmnun qalmaları üçün bütün səyləri göstərəcəyik.

 Müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyinin direktoru Yorgen Frank rəhbərlik etdiyi qurumun ARDNŞ-in builki "Eurovision" mahnı müsabiqəsinin rəsmi tərəfdaşı olduğundan razılığını ifadə etmişdir: Biz gələcək aylarda davam edəcək əməkdaşlığımıza və may ayında möhtəşəm müsabiqənin keçiriləcəyinə ümid edirik.

Müsabiqənin rəsmi tərəfdaşlığı ARDNŞ-yə Avropa mediasına giriş və tədbir zamanı geniş reklam hüquqları verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video