ARDNŞ büdcə ödənişlərini artırıb
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin oktyabr ayında dövlət büdcəsinə 128,944 milyon manat həcmində vəsait ödəyib ki, bu da ötən ilin oktyabr ayına nisbətən 16,611 milyon manat və ya 14,8 faiz çoxdur.
Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında ARDNŞ büdcəyə 1 082,806 milyon manat ödəyib ki, bu da ötən ilin müvafiq dövründəkindən 122,491 milyon manat (12,8 faiz) artıqdır.
Bundan başqa, cari ilin oktyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11,648 milyon manat vəsait köçürüb. Bu göstərici də ötən ilin oktyabr ayına nisbətən 386 min manat çoxdur. 2011-ci ilin yanvar-oktyabr aylarında isə şirkət tərəfindən DSMF-yə ödəniş 111,655 milyon manat təşkil edib və bu, 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,899 milyon manat və ya 2,7 faiz çoxdur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Nazir müavini Göyçayda vətəndaşların müraciətini dinləyib
09 Avqust
Taekvondoçumuz İslamiadada bürünc medal qazanıb
09 Avqust
Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ko...
09 Avqust
Prezident İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib YENİLƏNƏCƏK...
09 Avqust
Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub...
09 Avqust
Baş prokuror Oğuz Rayon Prokurorluğunda vətəndaşları qəbul edib
09 Avqust
Prezident İlham Əliyev: Döyüş meydanlarında əldə olunmuş Qələbə idman yarışlarında da özünü əks etdi...
09 Avqust
Azərbaycan Prezidenti: Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir
09 Avqust
Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüş YENİLƏNİB...
09 Avqust
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır
09 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!