21 Sentyabr 2011 01:09
825
Milli Məclis
A- A+

Aqrar siyasət komitəsinin iclasında

 

Sentyabrın 20-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2011-ci il payız sessiyasında ilk iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov əvvəlcə Aqrar siyasət komitəsinin 2011-ci il yaz və növbədənkənar sessiyaları dövründə qanunvericilik fəaliyyətinin yekunları barədə hesabatı diqqətə çatdırdı. Bildirdi ki, bu dövrdə komitə öz vəzifəsini parlamentin qanunvericilik fəaliyyəti sahəsində nəzərdə tutulmuş iş planına uyğun şəkildə icra etmişdir. Komitənin 4 iclası keçirilmiş, 5 məsələ müzakirə edilmiş, 3 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur.

Hesabat dövründə Aqrar siyasət komitəsinə 154 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olmuş, 91 ərizə tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilmişdir. Dövlət idarə, təşkilat və orqanlarına göndərilən ərizələrdən 37-si torpaq və torpaq üçün kompensasiya məsələləri ilə, digər 54 ərizə isə iqtisadi və sosial problemlərlə bağlıdır.

İclasda Aqrar siyasət komitəsinin 2011-ci il payız sessiyasının qanunvericilik işlər planı da təsdiq olundu. Plana əsasən payız sessiyasında Aqrar siyasət komitəsində "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihələrinin, o cümlədən Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklər edilməsi haqqında məsələlərin müzakirəsi nəzərdə tutulur.

İclasda "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi  müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video