08 Oktyabr 2021 00:22
775
İQTİSADİYYAT
A- A+

Aqrar sığortaya həsr olunmuş onlayn beynəlxalq konfrans keçirilib

 

Dünyanın aqrar sığorta sahəsində ixtisaslaşmış məşhur “Agro insurence” resursunun təşkilatçılığı ilə dünyada aqrar sığortanın inkişafı və yeni meyillərə həsr edilmiş onlayn konfrans keçirilib.

Konfransın məqsədi Avropa və Asiyanın aqrar sığorta bazarlarının iştirakçıları arasında dialoqu fəallaşdırmaq, aqrar sığorta sahəsində, o cümlədlən inkişaf edən bazarlarla bağlı aktual məsələlərin müzakirəsi idi.

Azərbaycanda yeni fəaliyyətə başlayan Aqrar Sığorta Fondu da ilk dəfə olaraq bu beynəlxalq tədbirə dəvət edilib. Konfransda Azərbaycanı Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Firdovsi Ağaşirinov təmsil edib.

Firdovsi Ağaşirinov tədbirdə “Azərbaycanda aqrar sığortanın inkişafı: İmkanlar və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda ölkədə aqrar sığortanın tətbiqi, sığorta şərtləri, prinsipləri, əhatə etdiyi risklər, predmetlər və gözlənilən dəyişikliklər barədə geniş məlumat verilib.

Konfransda Avropa və Asiyanın aqrar sığorta bazarları təhlil edilib, inkişaf etməkdə olan bazarlardakı imkanlar və problemlər açıqlanıb. Tədbirdə sığorta bazarının bütün seqmentləri - sığorta və təkrar sığorta şirkətləri, sığorta vasitəçiləri, brokerlər, eləcə də müxtəlif ölkələrin hökumət və rəsmi qurumlarının nümayəndələri iştirak edib. Onlayn konfransa maraqlı tərəflər qismində banklar və lizinq şirkətləri və fermerlər üçün avadanlıq istehsal edən şirkətlərin təmsilçiləri də qatılıb.

Tədbir iştirakçıları arasında “Munich Re” (Almaniya), “Alliance Se” (Almaniya), “Polish Re” (Polşa), “Q-Re” (Qətər-İsveçrə), “Swiss Re” (İsveçrə), “Hannover Re” (Almaniya), “AXA XL” (İsveçrə), “Liberty Mutual Re” (Fransa), “Deutsche Ruckversicherung AG” (Almaniya) kimi iri təkrar sığorta şirkətləri, eləcə də “Aldaqi” (Gürcüstan), “TUW TUW” (Polşa), “Ubezpieczenia Pocztowe” (Polşa), “TUZ Ubezpieczenia” (Polşa), “İNQO” (Ukraina), “Vereinigte Hagelversicherung” (Almaniya), “Österreichische Hagelversicherung” (Almaniya), “Schweizer Hagel” (İsveçrə) sığorta şirkətləri, Almaniya, Gürcüstan, Rusiya, Avstraliya və sair ölkələrin sığorta vasitəçiləri qatılıb.

Toplantıda Gürcüstanın Kənd Təsərrüfatı Tədqiqatları və İnkişaf Agentiliyi (ARDA), Aqrar sığorta məqsədləri ilə Yerin müşahidəsi təşkilatı (EO4I: GeoVille, Vito, CGI) (Avstriya-Belçika-Niderland, İtaliya), Türkiyə, Avstraliya və Yunanıstanın nümayəndələri də qatılıb.

Onlayn konfransda iqlim dəyişikliklərinin kənd təsərrüfatı istehsalına təsiri, aqrar sahənin ehtiyacları baxımından iqlim müşahidələri, quraqlıq riski və ondan sığorta, indeks əsaslı aqrar sığorta, eləcə də aqrar sığorta sahəsində Hindistan, Filippin və Gürcüstan təcrübələri barədə təqdimatlar olub.

Tədbirdə örüşlərin sığortası, aqrar sığortada itkilərin optimallaşdırılması və sahələrin monitorinqi üçün rəqəmsal alətlərdən istifadə, bu sahədə İsveçrə təcrübəsi ilə bağlı təqdimatlar olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video