27 Noyabr 2021 01:35
498
İQTİSADİYYAT
A- A+

Aqrar Sığorta Fondundan fermerlərə xəbərdarlıq

 

Sığortasız əkin sahələri subsidiya ala bilməyəcək

 

Azərbaycanda dövlət dəstəyi ilə güzəştli aqrar sığorta mexanizmini həyata keçirən Aqrar Sığorta Fondu 10 hektar və daha artıq əkin sahəsi olan fermerlərə müraciət edib.

 Fond fermerlərə xatırladır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2021-ci il tarixli fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilib. Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək.

Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən siyahıya əsasən aqrar sığorta tələbi 7 bitkiyə - buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalıya şamil edilib. Yenilik ölkənin ərzaq təhükəsizliyinin təmin edilməsi, təsərrüfatların təbiət hadisələri və digər risklərdən sığortalanması, fermerlərin məhsullarının və gəlirlərinin qorunması məqsədi daşıyır.

Dövlət tərəfindən fermerlərə verilən çoxsaylı dəstək mexanizmləri aqrar sığortada da nəzərdə tutulub. Belə ki, aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Ölkə üzrə orta rəqəmləri nəzərə alanda 1 hektar taxıl sahəsinin sığorta haqqının fermerlər tərəfindən ödənilən hissəsi regionlar üzrə əsasən 6-12 manat arasında dəyişir ki, bu da fermerlərə dövlət tərəfindən verilən əkin subsidiyasının cüzi hissəsini təşkil edir. Aqrar Sığorta Fondu bildirir ki, fermerlərin subsidiyadan kənarda qalmaması üçün bütün addımlar atılır - əkin bəyanları edən fermerlərlə əlaqə saxlanılır və onlara aqrar sığorta tələbi xatırladılır, sığorta şərtləri və digər zəruri məlumatlar verilir. Bununla yanaşı, əkinlərin sığortalanması proseduru elə sadələşdirilib ki, internet vərdişləri olmayan fermerlər də rahat şəkildə sığorta müqaviləsi bağlaya bilirlər.

Qeyd edək ki, dekabrın 30-da əkin bəyanları başa çatdıqdan sonra həmin vaxtadək sığorta olunmayan fermer və təsərrüfatların əkin subsidiyası alması mümkün olmayacaq. 

Aqrar Sığorta Fondu fermerləri həmin dövrə qədər əkin sahələrini güzəştli şərtlərlə sığortalamağa, məhsullarını və gəlirlərini qorumağa çağırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video