06:30 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


00:42 06.08.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Aqrar islahatlar ərzaq idxalından asılılığımızı azaldır

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:03 07.07.2021

 

Bu il taxılımız da boldur

 

Azərbaycanda iqtisadiyyatın dinamik inkişaf edən sahələrindən biri də kənd təsərrüfatıdır. Başlıca səbəb dövlətin bu sahəyə verdiyi əhatəli dəstəkdir. Bircə misal: əgər əvvəllər ölkədə yalnız taxılçılıqla məşğul olan fermerlərə subsidiya verilirdisə, indi bu stimullaşdırıcı addım aqrar sektorun demək olar bütün sahələri üzrə atılır. Bununla yanaşı, fermerlərə bir çox digər güzəştlər də edilir.

Məlumdur ki, kənd təsərrüfatında məhsul istehsalının artımında əsas şərtlərdən biri su təminatıdır. Azərbaycan təbii su qaynaqlarına görə geniş imkanlara malik deyil. Su mənbələrinin əsas hissəsi ölkəmizdən kənarda formalaşır. Bir çox hallarda bizə süni problemlər də yaradılır. Xüsusilə işğal zamanı  Ermənistanın bu istiqamətdəki çoxsaylı təxribatları məhsul istehsalının artımına mənfi təsir göstərirdi. Şükürlər ki, indi həmin problem Vətən müharibəsində qazanılan Zəfər sayəsində geridə qalmışdır.

Bundan əlavə, Şəmkirçay, Tovuzçay və Taxtakörpü su anbarları ölkəmizin içməli və suvarma suyuna olan tələbatının ödənilməsində müstəsna rol oynayır. Üstəlik, regionlarda çoxlu kiçik su anbarları yaradılır, çoxsaylı artezian quyuları qazılaraq istifadəyə verilir. Həmçinin mövcud, lakin yararsız hala düşən su kanalları və drenajları təmir olunur, kilometrlərlə yeni kanallar çəkilir. Bununla aqrar sektorun suya olan tələbatının ödənilməsində əsaslı dönüş yaranıb.

Torpaqlarımızın işğaldan azad edilməsi də, qeyd etdiyimiz kimi, ölkəmizin suya olan tələbatının yaxşılaşdırılmasına geniş imkanlar açır. Təsadüfi deyil ki, həmin torpaqlarda ilk həyata keçirilən infrastruktur layihələrindən biri də su mənbələrinin bərpasıdır.

Bunun sayəsində işğaldan azad edilən torpaqlarla yanaşı, əlavə min hektarlarla sahənin su problemi həll olunub.

Məlumdur ki, bu gün dünyada ərzaq təhlükəsizliyinin təminatı strateji məsələ hesab edilir. Bütün dövlətlər çalışır ki, ərzaq məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilsin. Ərzaq təhlükəsizliyinin təminatında isə buğda istehsalı mühüm rol oynayır. O üzdən hazırda dünyada qiyməti sürətlə artan kənd təsərrüfatı məhsullarından birinin taxıl olmasını başa düşmək çətin deyil.

Bu səbəbdən ölkəmizdə də taxılçılığın inkişafı ilə bağlı bir çox mühüm qərarlar qəbul edilib. Həmin qərarlar hesabına fermerlərə maliyyə dəstəyi verilir ki, ölkənin çörəyə olan tələbatı maksimum daxili istehsal hesabına ödənilsin. Son illər taxılçılıqda məhsul istehsalının artması da bunun nəticəsidir. Yeri gəlmişkən qeyd edək ki, cari ildə də fermerlər taxılçılıqda yüksək məhsuldarlığa nail olurlar. Məsələn, Tovuz rayonunda cari ildə taxıl sahələrinin hər hektarından 38 sentner məhsul götürülüb. Lakin rayonun bir çox təsərrüfatlarında aparılan düzgün becərmə sayəsində məhsuldarlıq 50-60 sentnerə çatıb ki, bu da ötənilki səviyyədən yüksəkdir. 

Ağcabədi rayonunda isə taxıl biçini davam edir. Artıq 24 min 912,6 hektarda biçin aparılıb, 101 min 701 ton məhsul əldə olunub. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, torpaq mülkiyyətçiləri bu il 26 min 879,6 hektar sahədə taxıl becəriblər. Onun 22 min 224,1 hektarı buğda, 4655,5 hektarı arpadır. Düzgün aqrotexniki qulluq sayəsində zəmilərdə bol məhsul yetişib. Taxıl biçininə ümumilikdə rayon üzrə 51 taxılbiçən kombayn cəlb edilib. Bunun 38-i “Aqrolizinq” ASC-yə məxsus, 13-ü isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır.

Qeyd edək ki, Ağcabədi rayonu respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Ötən il rayon taxılçıları 28 min 324 hektardan 105 min 494,2 ton məhsul əldə ediblər. Hər hektarın məhsuldarlığı orta hesabla 37,2 sentner olub.

Söz düşmüşkən onu da bildirək ki, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Xaçmaz rayonunun Hacılar kəndində taxılın 14 yeni növünün sınaq əkini həyata keçirilib. İnstitutun direktoru Faiq Xudayev fermerlərə innovativ becərmə texnologiyaları və institutda yaradılan yeni taxıl sortları barədə ətraflı məlumat verib. Bildirilib ki, müasir dövrdə taxılçılığın inkişafı əkin sahələrinin artırılması hesabına deyil, məhsuldar, keyfiyyətli yeni sortların yaradılması, onların istehsalata tətbiq olunması hesabına əldə edilir: “Biz Xaçmaz rayonunun Hacılar kəndində yerli fermerin təsərrüfatında yeni yaradılan taxıl sortlarının nümayiş əkinini həyata keçirmişik. Əsas məqsədimiz yeni sortları fermerlərə tanıtmaq və onların birbaşa iştirakı ilə qiymətləndirməsini aparmaqdır. Sağlam məhsul əldə etmək üçün keyfiyyətli toxumdan istifadə etmək lazımdır. Yeni yaradılan sortlar uzun illər adaptasiya xüsusiyyətinə malik olan sortların hibridləşməsi nəticəsində əldə olunub. Yeni sortları buradakı nümayiş sahələrində əkməklə bölgə üçün daha xarakterik olan, xəstəliyə davamlı, məhsuldar taxıl sortlarını müəyyənləşdirmək və əkinə tətbiq etmək istəyirik”.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynovun sözlərinə görə, artıq ölkədə taxıl sahələrinin 81,3 faizində biçin yekunlaşıb, 805 min 189 hektarda 2 milyon 597 min 468 ton məhsul yığılıb. Ölkə üzrə orta məhsuldarlıq 32,3 sentnerdir. Hazırda biçin əsasən dağətəyi və dağlıq ərazilərdə aparılır. Məhsul yığımına 1499 kombayn cəlb olunub.

 

Rüstəm KAMAL,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM