20:52 13 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Aprel və Günnüt döyüşlərindən sonra Vətən müharibəsində də düşmənə qənim kəsilən kəşfiyyatçı
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:34 10.04.2021

 

Səddam Həsənov sanki kəşfiyyatçı olmaq üçün gəlmişdi dünyaya. Vətənə bağlılığı onu öz niyyətinin ardınca apardı. Şərəfli ömür yolu keçən Səddam Vətən müharibəsində şəhadətə yüksələrək şanlı tariximizi yazanlardan biri oldu.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Həsənov Səddam Aydın oğlu 1992-ci il oktyabrın 15-də Beyləqan rayonunun Yeni Mil kəndində dünyaya göz açıb. Uşaqlıqdan fiziki və zehni istedadı ilə seçilən Səddam beş yaşından idmanla məşğul olub.

Şəhid anası Naibə Sarıyeva qəhrəman övladının xatirələrini qürurla dilə gətirir. Səddamın qoçaq və ağıllı bir övlad olduğunu söyləyən qəhrəman anası deyir: “Biz övladlarımızı hər zaman Vətənə xeyirli bir oğul olaraq yetişdirməyə çalışdıq. Səddam Vətənə bağlı idi, hələ uşaq yaşlarından döyüşlə bağlı oyunlar oynayar, “böyüyəndə hərbçi olacağam”, - deyə söyləyərdi. Onun üçün Vətən və ana eyni ifadəni kəsb edirdi”.

Səddam həqiqi hərbi xidmətə yollananda Naxçıvanda yerləşən N saylı hərbi hissədə kəşfiyyatçı olaraq xidmətə başlayıb. Xidmətini bitirdikdən sonra ordu sıralarına qoşulmağa qərar verib. O, gizirlik kursunu bitirdikdən sonra yenidən Naxçıvanda N saylı hərbi hissədə kəşfiyyat taborunun kəşfiyyat bölüyündə qrup komandirinin müavini olaraq xidmətini davam etdirib. Xidməti dövründə bir çox xüsusi təlimlərə qoşulub. Paraşütçü və dağçılıq kurslarını müvəffəqiyyətlə bitirib.

Günnüt əməliyyatında şücaəti seçilən Səddam, həmçinin Aprel döyüşlərində də düşmənə qənim kəsilib. Daha sonra Tərtər istiqamətində xidmətini davam etdirib.

“28 yaşı vardı. Hər dəfə ona evlən deyəndə, cavab verərdi ki, torpaqlarımız azad olandan sonra. Qarabağın azad olunması onun ən böyük arzusu idi. Səddamın bu arzusu gerçəkləşdi”, - deyə şəhid anası söyləyir.

Səddam haqqında danışan əmisi Telman Sarıyev bildirir ki, o, bir amal uğrunda yaşayırdı - Vətən torpaqlarını yağı düşməndən azad etmək. Bu arzusuna da çatdı. Sentyabrın 27-də erməni təxribatına cavab olaraq əks-hücuma keçən ordumuzun ön sıralarında xüsusi təyinatlı kəşfiyyatçı kimi Səddam da vardı. Onun ilk döyüş yolu Murov istiqamətindən başlayıb. Həmin zaman 4 postun alınmasında və 40-dan çox erməni əsgərinin məhv edilməsində xüsusi rolu olub. Daha sonra Suqovuşanın azad olunmasında şücaəti ilə seçilib.

Səddam və döyüşçü yoldaşlarının növbəti tapşırığı Cəbrayıl istiqamətində olub. Qəhrəman kəşfiyyatçı Hadrut uğrunda gedən döyüşlərdə də iştirak edib. Oktyabrın 7-də özü yaralı olsa da, digər yaralı yoldaşlarını xilas edən zaman şəhadətə ucalıb.

Şəhid bacısı Fərqanə Kərimova deyir ki, o, uşaqlıqdan hərbçi olmaq istəyirdi. “Deyirdi ki, böyüyəndə hərbçi olub torpaqlarımızı azad edəcəyəm. Televiziyada ancaq hərbi verilişlərə baxardı. Qardaşım arzusuna çatdı və torpaqlarımızın azad edilməsi uğrunda canını fəda etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə şəhid bacısı vurğulayıb.

Səddam ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM