23 Oktyabr 2011 12:10
553
Oxucu məktubları
A- A+

Anlaşılmaz kredit səxavəti

 

Çox vaxt televiziya ekranlarından belə reklamları eşidirik: "Yalnız şəxsiyyət vəsiqəsi təqdim etməklə istədiyiniz malı kreditlə ala bilərsiniz". Belə şirnikləndirici reklamların toruna düşənlər sonda banklara xeyli borc ödəməli olurlar. Belə çıxır ki, bu əməliyyatları satış mərkəzləri ilə banklar birgə həyata keçirirlər. Onların tələsinə düşənlər isə kredit faizlərini ödəyə bilmirlər. Çox vaxt iş o yerə çatır ki, hüquq-mühafizə orqanları məsələyə müdaxilə etməli olur.

Axı, nə üçün heç yerdə işləməyənlərə, qazancı öz ehtiyaclarını ödəməyənlərə banklar səxavət göstərib kredit verir? Nəticədə zərbə işsiz adamların ailələrinə dəyir, yaxud övladlarının əvəzinə valideyn cavab verməli olur. Fikrimcə, belə hallara son qoyulmalı, heç yerdə işləməyən, minimum qazancı olmayanlara zəmanətsiz, arayışsız kreditlər verilməməlidir.

 

İradə MƏMMƏDOVA,

Qəbələ rayonu, Vəndam kəndi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video