02 Oktyabr 2021 16:48
839
DÜNYA
A- A+

Ankarada Türkiyə-Rusiya Dostluq Evi açılıb

 

Ankarada Türkiyə-Rusiya Dostluq Evinin təntənəli açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.

Dostluq Evi Rusiya və Türkiyə xalqlarının mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı zənginləşməsinə verdiyi böyük töhfəyə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Fərmanına əsasən Puşkin medalı ilə təltif olunan Erol Uğurlunun təşəbbüsü ilə və onun vəsaiti hesabına açılıb.

Dostluq Evində Rusiya və digər MDB ölkələrindən olan rəssam və heykəltəraşların sənət əsərlərindən ibarət sərgi kompleksi yerləşdiriləcək.

Açılış mərasimində Türkiyə paytaxtının vitse-meri Bəkir Ödəmiş, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov, Belarusun Ankaradakı səfiri Viktor Rıbak və başqaları çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video