21 Sentyabr 2011 12:09
521
DÜNYA
A- A+

Ankarada partlayış

 

Türkiyə Amerika radarının tikintisini təxirə saldı

 

Dünən Türkiyənin paytaxtı Ankaranın mərkəzində, Baş nazirin iqamətgahının yaxınlığında partlayış baş vermişdir. Bu barədə NTV telekanalı xəbər verir. Güman ki, minalanmış avtomobil partlamışdır. İlkin məlumata görə, hadisə zamanı 3 nəfər həlak olmuş,  3-ü ağır olmaqla 34 nəfər yaralanmışdır. Partlayışdan yaxınlıqdakı avtomobillər və sərnişin avtobusu yanmışdır. Yaxınlıqda yerləşən iki xəstəxanaya də zərər dəymişdir. Terror aktı ilə əlaqədar polis 3 şübhəli şəxsi həbs etmişdir.

Bu arada Türkiyə hökuməti ölkə ərazisində Amerika radarının quraşdırılmasını BMT Baş Məclisinin sessiyası bitənədək təxirə salmışdır. Bu barədə "Hürriyyət" qəzeti xəbər verir.

Məlumata görə, son qərar Baş nazir Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Barak Obama və İran Prezidenti Mahmud Əhmədinejadla danışıqlarından sonra qəbul olunacaq. Hər iki görüş dünən Nyu-Yorkda işinə başlamış BMT Baş Məclisinin sessiyası çərçivəsində keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video