18:30 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Anım Günü ilə əlaqədar Azərbaycanın Argentinadakı səfirliyində tədbir keçirilib
 
ANA SƏHİFƏ / SİYASƏT
20:12 28.09.2021

27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycanın Argentinadakı səfirliyində tədbir keçirilib.

Tədbirdə Türkiyə Respublikasının və Pakistan İslam Respublikasının Argentinadakı səfirləri də iştirak ediblər.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir Vətən müharibəsi zamanı Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Anım mərasimində çıxış edən səfir Rəşad Aslanov 27 sentyabr tarixinin Azərbaycan dövləti və xalqı üçün önəmi barədə məlumat verərək, Vətən müharibəsinin Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoyduğunu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarının bərpa edildiyini və Azərbaycanın təkbaşına BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdiyini bildirib. O, şəhid və qazilərimizin yazdığı qəhrəmanlıq salnamələrindən də danışıb.

R.Aslanov Anım Günündə Türkiyə və Pakistan səfirlərinin iştirakının xalqlarımız və ölkələrimiz arasında ənənəvi-tarixi qardaşlıq və dostluq münasibətlərinin bariz nümunəsi olduğunu deyərək, Azərbaycana dost ölkələrin 44 günlük Vətən müharibəsi dövründə dəstəklərinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini və unudulmayacağını deyib.

Daha sonra çıxış edən Türkiyə Respublikasının Argentinadakı səfiri Vural Altay Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanda bir diplomat kimi çalışdığını və Azərbaycan dövləti və xalqının çətin günlərini yaxşı xatırladığını, eləcə də nəticəsiz qalan Minsk qrupunun danışıqlar prosesini yaxından izlədiyini, Ermənistanın işğalına son qoyaraq Azərbaycanın öz ərazi bütövlüyünü beynəlxalq hüququn çərçivəsində bərpa etməsinin tarixi ədalətin bərpası olduğunu deyib. “Bir millət iki dövlət” kəlamına uyğun olaraq, Türkiyənin bundan sonra da hər zaman Azərbaycanın yanında olacağını vurğulayıb.

Anım mərasimində Vətən müharibəsinə həsr olunmuş videoçarx və anım guşəsi tədbir iştirakçılarına təqdim edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM