08 Noyabr 2021 23:33
869
SİYASƏT
A- A+

Anadolu Agentliyi Zəfər Günü münasibətilə infoqrafika yayıb

 

Türkiyənin Anadolu Agentliyi 8 Noyabr – Zəfər Günü münasibətilə 44 günlük Vətən müharibəsi barədə müfəssəl məlumat verən zəngin məzmunlu infoqrafika yayıb.

AZƏRTAC xəbər verir ki, mövzu ilə bağlı davamlı xəbərlər hazırlayan agentlik hazırladığı infoqrafikada təcavüzkar Ermənistanın işğalçılıq siyasəti və fasiləsiz hərbi təxribatları nəticəsində başlanan Vətən müharibəsinin şanlı Zəfər yolu təqvimlər üzrə türkdilli ictimaiyyətə təqdim olunur. Həmçinin diqqətə çatdırılır ki, sentyabrın 27-də başlanan müharibə noyabrın 10-da təcavüzkar dövlətin qəbul etdiyi kapitulyasiya aktı nəticəsində başa çatmış və işğalçı qüvvələrin son hissəsi noyabrın 30-da Azərbaycanın Laçın rayonunu tərk etmişdir.

Məlumat verilir ki, pilotsuz silahlı uçuş aparatlarından məharətlə istifadə edən Azərbaycan Ordusu 44 günlük müharibədə 5 şəhər, 4 qəsəbə və 286 kəndi düşməndən azad edərək təcavüzkarı təslim olmağa məcbur edib. İşğalçı tərəf isə müharibə günlərində də terror aktları həyata keçirərək 94 Azərbaycan vətəndaşının həyatına son qoyub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video