06:16 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


00:15 18.09.2021

Dünya sual qarşısında


00:13 18.09.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Amerikalı məşhur bloger işğaldan azad edilən ərazilərə səfərinə dair növbəti videosunu paylaşıb

ANA SƏHİFƏ / SİYASƏT
00:33 03.08.2021

 

Amerikalı məşhur gənc videobloger Maks Rayzinger Azərbaycana səfəri ilə bağlı “Yutub” kanalında növbəti videosunu paylaşıb.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, videoda, əsasən, işğaldan azad edilmiş Qarabağda gördüklərindən danışan gənc bloger xüsusilə Ağdam şəhərində üzləşdiyi dəhşətli mənzərə haqda təəssüratlarını izləyiciləri ilə bölüşüb. Ağdamdan olan məcburi köçkün Fəxrəddin Hacıyevin ilk dəfə doğma şəhərinə qayıdışını və yerləyeksan edilmiş evini tapmasını işıqlandıran Maks Rayzinger deyib: “Bütün hekayələrdə, hətta ən qaranlıq və faciəvi olanlarda belə nikbin məqamlar var. Çox şükür, Ağdam bərpa edilir və tezliklə Azərbaycan xalqının həyatına geri qayıdacaq”. Bundan əvvəlki videopaylaşımında Gəncəyə edilən ballistik raket hücumlarından danışan Maks Rayzinger Regional Mərkəzin dəstəyi ilə həyata keçirilən “Show Me Azerbaijan” layihəsi çərçivəsində mayın sonunda ölkəmizə səfər etmişdi.

“Yutub”da geniş izləyici auditoriyasına sahib olan Maksın 18 yaşı var və o, ilk müstəqil səfərini Azərbaycana edib. Onun izləyiciləri əsasən 15-18 yaşlı yeniyetmə və gənclərdir. Dünyanın bir çox yerində, o cümlədən Azərbaycanda onun azarkeşləri var.

Xatırladaq ki, “Show Me Azerbaijan” layihəsi çərçivəsində 8 ölkədən 13 bloger, o cümlədən ABŞ və Əlcəzairdən olan 3 videobloger işğaldan azad olunmuş ərazilərə səfər ediblər.

Videobloqu aşağıdakı keçid vasitəsilə izləmək mümkündür:

https://www.youtube.com/watch?v=xH5BNCYqynE&t=160s

“Show Me Azerbaijan” layihəsinin digər iştirakçılarının - amerikalı videobloger Douq Barnardın və əlcəzairli Kubas Xubeybin Qarabağla bağlı daha öncə yayımlanan videolarını isə aşağıdakı linklər vasitəsilə izləmək olar:

https://www.youtube.com/watch?v=cXYjGRDCFbM&t=431s

https://www.youtube.com/watch?v=x6UbMKJ6dr4



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM