08:46 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

AMEA Tarix İnstitutunun illik hesabatı dinlənilmişdir
ANA SƏHİFƏ / TƏHSIL
12:12 18.12.2011

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunda bu elm müəssisəsinin  birillik fəaliyyətinə həsr olunmuş hesabat iclası keçirilmişdir.

AMEA-dan AzərTAc-a bildirmişlər ki, institutun direktoru, AMEA-ın müxbir üzvü Yaqub Mahmudov  dekabrın 31-də Azərbaycanın görkəmli alimi, tarix elmləri doktoru, professor Tamilla Musayevanın 80 illik yubileyi ilə əlaqədar elmi sessiyanın keçiriləcəyini söyləmiş, institutda müxtəlif dillərin öyrənilməsi ilə bağlı son illər yaranmış problemlərdən danışmışdır. Bununla əlaqədar  Y.Mahmudov institutun  gənc əməkdaşlarının və aspirantlarının Şərq dilləri üzrə  keçiriləcək məşğələlərə cəlb  olunmasını tövsiyə etmişdir.

İnstitut direktorunun müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov institutun 2011-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış etmişdir.

C.Bəhramov "İnzibati-amirlik dövründə Azərbaycan SSR-də kadr siyasəti (1920-1953-cü illər)" mövzusunda plan işinin əhəmiyyətini nəzərə alaraq onun müzakirədən sonra kitab şəklində nəşrinin nəzərdə tutulduğunu, "Borçalı tarixi" və "Dərbənd tarixi" kitabları üzərində işlərin tezliklə başa çatdırılmasının vacibliyini  qeyd etmişdir. O, bu il Rusiya Federasiyasında Dərbənd şəhərinin beş min  illiyinin qeyd olunacağını və bununla bağlı institut tərəfindən beynəlxalq konfransın keçirilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırmışdır.

Sonda institutun veb-portalı ilə bağlı məsələ müzakirə olunmuşdur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM