03 May 2014 11:05
373
Elm və texnika
A- A+

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi işçilərin attestasiyası yekunlaşmışdır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda elmi işçilərin attestasiyası yekunlaşmışdır.

AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsindən AzərTAc-a bildirmişlər ki, attestasiya komissiyasına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Məhəbbət Mirzəliyeva sədrlik etmişdir.
Komissiya əvvəlcə attestasiyadan keçiriləcək əməkdaşların siyahısını müəyyənləşdirmiş, tələb olunan sənədləri toplamışdır. Komissiya üzvləri bu sənədlər, eləcə də şöbə müdirlərinin təqdimatları və aparılan sorğu-sual əsasında attestasiya olunan əməkdaşların elmi və ictimai fəaliyyəti haqqında müəyyən məlumatlar əldə etməklə hər bir elmi işçinin fəaliyyətinin layiqincə dəyərləndirilməsinə səy göstərmişlər.
Komissiya 70 elmi işçinin elmi fəaliyyətinin səmərəliliyini və məhsuldarlığını, eləcə də institutun ictimai həyatındakı mövqeyini obyektiv qiymətləndirərək, onların vəzifələrinə uyğunluqlarını müəyyənləşdirmiş, hər biri ilə əlaqədar qərar qəbul etmişdir. Attestasiyasının nəticəsi ilə bağlı komissiyanın qəbul etdiyi qərar institutun elmi şurasının iclasında müzakirə olunaraq təsdiqlənmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video