03 Iyul 2014 05:07
350
Elm və texnika
A- A+

AMEA-nın Botanika İnstitutu ilə Böyük Britaniyanın Kyu Kral Botanika Bağının Minilliyin Toxum Bankı arasında əməkdaşlıq genişlənir

Böyük Britaniyanın Kyu Kral Botanika Bağının Minilliyin Toxum Bankının Qafqaz üzrə əlaqələndiricisi Clare Triverdi və toxum kolleksiyasının mühafizəsi üzrə elmi əməkdaşı doktor Elinor Breman Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunda olmuşlar.

Botanika İnstitutundan AzərTAc-a bildirmişlər ki, bu elm müəssisəsinin direktoru, biologiya elmləri doktoru, professor Validə Əlizadə, biologiya üzrə fəlsəfə doktoru Rəşad Səlimov və doktorant Aida Dadaşovanın iştirak etdikləri görüşdə “Azərbaycanın yabanı bitkiləri toxumlarının toplanması” layihəsi üzrə həyata keçirilən mərhələlər və əldə olunan nəticələr müzakirə olunmuşdur.
Qonaqlar institutun yeni botanika muzeyi ilə tanış olmuşlar.
Layihə çərçivəsində doktor E. Breman institutun gənc mütəxəssislərinə treninq keçmişdir.
Doktor E. Breman və Botanika İnstitutunun elmi işçiləri Azərbaycan rayonlarına təşkil olunmuş müştərək ekspedisiyalarda iştirak etmişlər. Monitorinqlər dəniz səviyyəsindən 1000-1500 metr hündürlükdə yerləşən Şamaxı rayonunun Pirqulu qəsəbəsi, Avaxıl və Çuxuryurd kəndləri və onların ərazisində olan göllərin ətrafında, Quba rayonunun Uzun meşə və Susay kəndləri ətrafında aparılmışdır.
Ümumilikdə 10-a qədər nadir bitki növünün toxumu və herbari nümunələri yığılmış, coğrafi göstəriciləri müəyyən edilmiş və populyasiyalar haqqında məlumatlar toplanılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video