25 Iyun 2014 10:06
364
Elm və texnika
A- A+

AMEA beynəlxalq jurnallarda dərc olunan məqalələrin sayına görə ilk sıradadır

 
İyunun 25-də Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Elektron resursların işlənməsi” mövzusunda treninq-seminar keçirilmişdir.

İnstitutdan AzərTAc-a bildirmişlər ki, tədbirdə çıxış edən “Wiley-Blackwell” nəşriyyatının Türkiyə, Şimali Kipr, Azərbaycan və Özbəkistan üzrə meneceri Deniz Yılmazoğlu nəşriyyatın hazırda 37 ölkədə nümayəndəliyinin fəaliyyət göstərdiyini və 1550-dən çox jurnalının dərc olunduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, 2010-cu ildə fəaliyyətə başlayan “Wiley Online Library” dünyanın ən çox istifadə olunan internet-kitabxanalarından biridir.
Azərbaycan alimlərinin beynəlxalq jurnallarda dərc olunan məqalələri üzrə apardıqları araşdırmaları diqqətə çatdıran D.Yılmazoğlu məqalələrin əsasən “Springer”, “Elsevier” və “Wiley-Blackwell” də nəşr olunduğunu demişdir. O, beynəlxalq jurnallarda dərc olunan məqalələrin sayına görə AMEA-nın ilk sırada olduğunu vurğulamışdır.
Nəşriyyatın “Makromolekulyar sürətli kommunikasiyalar” və “Makromolekulyar bioelm” jurnallarının redaktoru Kirsten Severinq “Beynəlxalq jurnallarda yüksək səviyyəli məqalələrin yazılması” mövzusunda təqdimatla çıxış etmişdir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video