04:04 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Almaniyaya Belarus vasitəsilə 4300 miqrant daxil olub
ANA SƏHİFƏ / DÜNYA
00:27 14.10.2021

 

Son iki ay ərzində Almaniya ərazisinə keçən qeyri-leqal miqrantların əksəriyyəti İraq, Suriya, Yəmən və İran vətəndaşlarıdır. Onlar, əsasən, Brandenburq, Saksoniya və Meklenburq-Yuxarı Pomeraniya regionlarında sığınacaq tapırlar.

Bu barədə xəbər verən Almaniyanın federal polisi bildirir ki, cari ilin avqust ayından bəri 4300-dən çox miqrant Belarus vasitəsilə qeyri-leqal olaraq Almaniya ərazisinə keçib.

Məlumata görə, bu ilin yanvar-iyul aylarında Belarus marşrutundan cəmi 26 qeyri-leqal istifadə etmişdir. Avqustda onların sayı 474-ə, sentyabrda isə 1914 nəfərə yüksəlmişdir. Oktyabrda bu rəqəmlər yenidən artmışdır. Belarus və Polşa vasitəsilə qanunsuz olaraq Almaniyaya gələn miqrantların sayı 1934 nəfər təşkil edir. Əsasən Brandenburqda miqrantların qəbulu üzrə mərkəzlər sürətlə dolur. Regionun müxtəlif şəhərlərində 2600 qaçqın sığınacaq tapmışdır. 3500 nəfərə hesablanmış mərkəzlərdə yeni qurulan çadırlar sayəsində təcili olaraq yerlərin sayı 4600-a çatdırılmışdır və bu da son deyil. Koronavirus pandemiyası vəziyyəti bir az da ağırlaşdırıb.  Lakin qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün hələ ki lazımi səylər göstərmək mümkün olmur. Bu barədə Əcnəbilərin İşləri üzrə Mərkəzi İdarənin başçısı Olaf Yansen məlumat verir.

Xatırladaq ki, Avropa İttifaqı tərəfindən Belarusa qarşı sanksiyaların sərtləşdirilməsinə cavab olaraq may ayında Belarus Prezidenti Aleksandr Lukaşenko bildirmişdi ki, bundan sonra onun ölkəsi Polşaya və Baltiya ölkələrinə getməyə cəhd edən miqrantların qarşısını almayacaq.

Aİ-nin bəzi ölkələri A.Lukaşenkonu böhranlı regionlardan miqrantları mütəşəkkil formada Avropa İttifaqının xarici sərhədinə göndərməkdə ittiham etmişdir. Polşa, Latviya və Litva sərhəd nəzarətini gücləndirmişdir. Buna baxmayaraq, minlərlə qeyri-leqal miqrant müxtəlif vasitələrlə, o cümlədən qaçaqmalçıların köməyi ilə Avropa ərazisinə keçməkdə davam edir.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM