18:14 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Almaniyanın “Ştern” nəşri: Üçtərəfli Bəyanat ermənilər üçün milli həqarətə çevrildi
 
ANA SƏHİFƏ / SİYASƏT
19:16 28.09.2021

Almaniyanın “Ştern” nəşrində Azərbaycan xalqının işğal altında olan ərazilərinin azad edilməsi uğrunda Vətən müharibəsinin başlanmasının birinci ildönümü barədə məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Ermənistanda və Azərbaycanda Qarabağ münaqişəsinin qurbanları yad edilir” sərlövhəli məqalədə Cənubi Qafqazın hər iki ölkəsində dünən bir dəqiqəlik sükut və anma mərasimlərinin keçirildiyi qeyd olunur.

“Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq”, - deyə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən sitatlar gətirən alman nəşri Azərbaycan liderinin ciddi xəbərdarlığını da diqqətə çatdırır: “Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik”. Məqalədə həlak olan yoldaşlarının portretlərini əllərində tutan minlərlə əsgərin Bakı küçələrində yürüşü barədə də xəbər verilir.

Nəşr vurğulayır ki, ermənilərin çoxu müharibənin nəticələrini milli həqarət kimi qəbul edirlər. Onlar bunun günahını hər şeydən əvvəl hökumət başçısı Nikol Paşinyanda görürlər.

“Ştern” nəşri yazır: “Gərginlik yüksək olaraq qalmaqdadır. Sərhəd boyunca qarşıdurmalar davam edir, bu da münaqişənin yenidən başlaması təhlükəsini gücləndirir”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM