01 Sentyabr 2014 11:09
490
Turizm
A- A+

Almaniyanın aparıcı turizm şirkətləri nümayəndələrinin Azərbaycana tanışlıq səfəri başa çatıb

Almaniyanın aparıcı turizm şirkətlərinin nümayəndələrinin ölkəmizə tanışlıq səfəri başa çatıb.

Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan “Aviareps Tourism GmbH” şirkətinin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində reallaşan bu səfər hər iki ölkəni təmsil edən turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılması məqsədi daşıyır.
Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildiriblər ki, avqustun 24-dən 31-dək davam edən səfər çərçivəsində Almaniyanın aparıcı turizm şirkətlərinin nümayəndələri Azərbaycanın turizm şirkətlərinin təmsilçiləri ilə görüşmüş, ölkəmizdəki mehmanxanalara baş çəkmiş, bir sıra işgüzar görüşlər keçirmiş, tarixi mədəniyyət abidələri ziyarət etmişlər.
Görüşlərdə qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində qonaqlar paytaxt Bakı ilə yanaşı Qəbələ, Şəki, Naftalan, Göygöl və Gəncəyə səfər edib və bu regionların turizm potensialı ilə yaxından tanış olublar.
Həmçinin hər iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi və Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə sentyabrın 3-dən 7-dək Almaniyanın MİCE turizm təmsilçilərinin və sentyabr 25-dən 30–dək tanınmış KİV nümayəndələrinin ölkəmizə səfəri nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video