20 Iyun 2013 01:06
428
Elm və texnika
A- A+

Almaniyalı alimə AMEA Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunmuşdur

 

İyunun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının növbəti iclası olmuşdur.  AzərTAc xəbər verir ki,  institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilmiş iclasda görkəmli alman tarixçisi, professor İohannas Rau  da iştirak etmişdir. 

 İclasda Y.Mahmudov Azərbaycanın son illər qazandığı çox böyük uğurlardan, ümummilli lider Heydər Əliyevin qurucusu və memarı olduğu demokratik-hüquqi dövlətimizin bu illərdə daha da qüvvətlənməsindən, müstəqilliyimizin möhkəmlənməsindən danışmışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyevin məqsədyönlü,  dönməz siyasəti nəticəsində Azərbaycan hazırda Cənubi Qafqazın  lider dövlətinə çevrilmişdir. 

Almaniyalı professoru tədbir iştirakçılarına təqdim edən Y.Mahmudov demişdir ki, İ.Rau Azərbaycanı sevən, onun üzləşdiyi müsibətlərə biganə qalmayan, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük səy göstərən bir alimdir. Alman  alim Azərbaycan tarixinə dair "Bani: Heydər Əliyev şəxsiyyət və dövlət xadimi kimi", "İslam və demokratiya. İlk təşəbbüs: Azərbaycan Demokratik Respublikası (1918-1920)", "Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi" kimi qiymətli tədqiqatların müəllifidir. O, "İslam və demokratiya. İlk təşəbbüs: Azərbaycan Demokratik Respublikası (1918-1920)" əsərində Azərbaycan Xalq Cümhuriyyətinin islam dünyasında ilk demokratik cümhuriyyət olduğunu faktlarla, arxiv materialları vasitəsilə əsaslandırmışdır. Müəllif əsərdə cümhuriyyətin tanınması ilə bağlı məsələlərə geniş yer vermiş və xalqımızın ozamankı tarixinə xüsusi məhəbbətlə yanaşmışdır. 

Y.Mahmudov professor İ.Raunun əsərlərinin Azərbaycan və rus dillərinə tərcümə olunaraq nəşr edilməsi ilə bağlı elmi şuranın qərarını diqqətə çatdırmışdır. O, dəvəti qəbul edib ölkəmizə gəldiyi, xalqımızın tarixinə diqqət göstərdiyi üçün elmi şura üzvləri adından  qonağa minnətdarlığını bildirmişdir.

Tarix İnstitutunun genişmiqyaslı fəaliyyətindən söz açan Y.Mahmudov vurğulamışdır ki, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsini təsdiq edən minlərlə sənəd bu elmi müəssisə tərəfindən toplanmış və tədqiq edilmişdir. Tarix sübut edir ki, ermənilər qədim Azərbaycan torpaqlarına XIX əsrdə gəlmişlər. Əsl tariximizlə bağlı institutun əldə etdiyi mühüm nəticələr tariximizi saxtalaşdırmağa cəhd göstərənlərə tutarlı cavabdır.

Tədbir çərçivəsində institutun elmi şurasının qərarı ilə nəşr olunmuş "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı: təşkilatçılar və qatillər" kitabının təqdimatı keçirilmişdir. Bildirilmişdir ki, layihənin rəhbəri, kitabın elmi redaktoru və "Ön söz"ün müəllifi əməkdar elm xadimi, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, professor Y.Mahmudovdur. 

Y.Mahmudov kitab haqqında ətraflı məlumat vermiş, onun ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür etmişdir.

Sonra professor İ.Raunun Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilən Xocalı soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti haqqında məruzələri dinlənilmişdir. Məruzələr ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

Y.Mahmudov görkəmli tarixçi-alim İ.Rauya Tarix İnstitutunun fəxri doktoru  adı verilməsi haqqında institutun elmi şurasının qərarını oxumuşdur.

Sonra İ.Rauya fəxri doktor diplomu və hədiyyələr təqdim olunmuşdur.

Professor İ.Rau fəxri ada görə minnətdarlığını bildirmiş, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bundan sonra bütün gücünü sərf edəcəyini vurğulamışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video