05:25 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


00:15 18.09.2021

Dünya sual qarşısında


00:13 18.09.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Almaniya Səhiyyə Nazirliyi xəbərdarlıq edir: pandemiyanın yeni dalğası mümkündür
 
ANA SƏHİFƏ / DÜNYA
13:23 05.08.2021

Almaniya Səhiyyə Nazirliyi yaxın aylarda koronavirusa yoluxmada yeni böyük dalğanın qarşısının alınması üçün əlavə karantin məhdudiyyətləri təklif edib.

AZƏRTAC xəbər verir ki, idarənin federal hökumətə təqdim etdiyi məruzədə qarşıdakı payız və qış aylarında gözlənilən növbəti pandemiya dalğası ərəfəsində ölkənin səhiyyə sistemini həddindən artıq yüklənmədən qorumağa yönəlmiş növbəti tədbirlər əksini tapıb. Səhiyyə Nazirliyi ikinci və üçüncü dalğalarda olduğu kimi kəskin qapanma tələb olunmayacağına ümid edir, lakin buna baxmayaraq təhlükəsizlik tədbirlərinə ehtiyac olduğuna əmindir.

Məruzədə deyilir ki, yüksək vaksinasiya səviyyəsindən savayı, əsas təhlükəsizlik tədbirlərini davam etdirmək lazım olacaq: yoluxmanın statistikasından asılı olmayaraq, məsafəni qorumaq, gigiyenaya riayət etmək və maska taxmaq. Peyvənd edilməmiş insanlar üçün yenidən məhdudiyyətlər tələb oluna bilər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM