15 Aprel 2019 12:03
1706
Səhiyyə
A- A+

Allergiyanı aradan qaldıran vasitələr


Havaların isinməsi, təbiətin oyanması bir sıra allergik xəstəliklərin baş qaldırmasına səbəb olur. Geyinilən paltar, qəbul olunan qidalar və məişətdə istifadə edilən allergenli maddələrin çoxluğu həmin xəstəlikləri daha da artırır. Allergiya deyəndə ilk növbədə bədəndə səpgilər və qaşınma başa düşülür. Onlar allergiyanın ilkin əlamətləridir, lakin onlarla yanaşı bronxial astma kimi illərlə davam edən xəstəliklər də var.

Bu barədə AZƏRTAC-a məlumat verən həkim-fitoterapevt Fizulu Hüseynov deyib: "Allergiyası olanlar bədənin allergenə, yəni allergiya törədən maddəyə qarşı müqavimətini artırmaq üçün illərin sınağından çıxmış üsullardan istifadə edə bilərlər. Həmin üsullardan biri kömək etməyəndə digərini sınamaqdan çəkinmək lazım deyil, çünki əlavə ziyanlı təsirləri yoxdur, orqanizmin möhkəmləndirilməsi üçün də faydalı təsir göstərir.

Məsələn, udi-hindi allergiya əleyhinə mükəmməl vasitədir. Təcrübə nəticəsində 10-15 il allergiyadan əziyyət çəkənlərin udi-hindi qəbul edərək sağalması müşahidə olunub. Bunun üçün gündə 2 dəfə 1 çay qaşığı udi-hindi tozu 1 stəkan qaynar suya qarışdırılır, 5 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edilərək yeməkdən əvvəl 1 stəkan içilir. Prosedur ildə 2 dəfə - yaz və payız aylarında 2 ay müddətində aparılır.

Allergiya baş verəndə dərman axtarmağa tələsmək lazım deyil. 3 ədəd keçibuynuzu meyvəsi yarım litr suda 5 dəqiqə qaynadılır, soyuyandan sonra süzülərək içilir. Təxminən 10 dəqiqə ərzində səpgilər tam keçir. Allergiyanın davam etməməsi üçün prosedur 1 ay aparılır.

Kiçik yaşlı uşaqlarda əmələ gələn səpgilər zamanı yatıqqanqal mükəmməl vasitədir. 2 xörək qaşığı yatıqqanqal 1 stəkan suda dəmlənilir və səpgilərin üzəri pambıqla silinir. Yaxud 50 qram yatıqqanqal 500 qram zeytun yağında günəş işığı altında 10 gün saxlanıldıqdan sonra süzülür. Əldə edilən yağla dəridə olan səpgilər silinir, həmçinin diatezlər zamanı istifadə olunur.

Hər gün 1 çay qaşığı zabrus, yəni bal qaymağı yeyilməsi allergiyanı əhəmiyyətli dərəcədə azaldır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video