23 Mart 2021 21:46
756
Elm və texnika
A- A+

Alimlərin yaratdığı süni ürək klapanı köçürülmədən sonra inkişaf edir

 

Minnesota Universitetinin əməkdaşları ürəklə birlikdə inkişaf edən klapan yaradıblar. Tədqiqatın nəticələri “Science Translational Medicine” nəşrində dərc edilib.

AZƏRTAC “Nauka i jizn” saytına istinadla xəbər verir ki, tədqiqat metodunun mahiyyəti kollageni, elastini və digər vacib molekulları sintez edən birləşdirici toxuma hüceyrələrini – fibroblastları fibrin zülalından düzəldilmiş borucuqlara əkməkdən ibarət olub. Firbin molekulları lifə polimerləşməyə meyillidir (qanın laxtalanmasında fibrin toru trombu möhkəmlədir) və yaranan geləbənzər kütlə hüceyrə kulturası üçün karkas rolunu oynayır. Fibroblastlar müvafiq borucuğa ritmik şəkildə sorulan qida mühitində inkişaf edib. Hüceyrələr karkası kollagen və digər zülallarla möhkəmləndirib. Bir neçə həftədən sonra tədqiqatçılar birləşdirici toxuma zülallarından ibarət elastik borucuq əldə ediblər. Bu borucuqlar halqa şəklində bir-birinə tikilib ki, sonra lazım gələn yerlərdə kəsmək mümkün olsun – beləliklə ləçəkləri olan üzük formasında ürək klapanı yaradılıb. Maye bir tərəfdən təsir edəndə bu ləçəklər açılıb, digər tərəfdən təsir edəndə bağlanıb.

Fibrin borucuqda əkilən hüceyrələr qoyundan götürülüb. Həmin qoyuna kollagen klapan köçürüləndə onun immunitetində problem yaranmayıb. Əvvəlcə heyvana diametri 19 millimetr olan klapan yerləşdirilib, 52 həftədən sonra onun diametri 25 millimetrə çatıb. Bütövlükdə qapaqlar 17-34 faiz arasında genişlənib, köçürülmədən sonra onları yenidən quran, yeni zülal porsiyaları əlavə edən yeni hüceyrələr yaranıb. Metodun mahiyyəti ondan ibarətdir ki, süni klapan onun köçürüləcəyi canlının hüceyrələrindən yaradılır.

Tədqiqatçılar bildiriblər ki, dəridə fibroblast çox olur. Təcrübə üçün onları dəridən götürüblər. Bu qayda ilə fibroblastları xəstənin dərisindən də götürmək olar. Köçürülmədən sonra orqanizm klapanı özününkü kimi qəbul edir. Burada kalsium duzu toplanmır və tromb yaranmır.

Hələ ki, süni klapan birbaşa ürəyə deyil, qanı sağ mədəcikdən ağciyərlərə aparan ağciyər arteriyasına köçürülüb. Belə halda klapanın ləçəkləri onsuz da açılıb-bağlanacaq idi – vacib olan bunu uzun müddət üçün düzəltməyin mümkün olub-olmadığını başa düşmək idi. Yaxın gələcəkdə belə klapanı məhz ürək mədəciyinə köçürmək planlaşdırılır. Əməliyyat uğurla keçərsə, klinik sınaqlar aparıla bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video