04 Oktyabr 2021 23:06
463
SİYASƏT
A- A+

Ali Rza Yıldız: Qardaş Azərbaycan hər zaman Türkiyənin yanında olub

 

Oktyabrın 4-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırma Mərkəzinin (İSBAM) dəvəti ilə ölkəmizdə səfərdə olan İstanbul Media Başqanı Ali Rza Yıldız və onun yardımçısı, İstanbul Çəkməköy Əsnaf və Sənətkarlar Dərnəyinin başqanı Gökhan Balcı ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə oktyabrın 4-nün ölkəmizin və türk-İslam dünyasının tarixində xüsusi yeri olduğunu vurğulayan Adil Əliyev keçən ilin məhz bu günündə Azərbaycan Ordusunun Cəbrayıl rayonunu işğaldan azad etdiyini diqqətə çatdırıb. Qonaqlara hazırda birinci ildönümünü qeyd etdiyimiz Vətən müharibəsi barədə ətraflı məlumat verib. Ermənistanın 30 illik təcavüzünə son qoyulduğunu, düşmənə döyüş meydanında çox böyük zərbə vurulduğunu bildirib.

Milli Məclis sədrinin müavini qeyd edib ki, 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Cəbrayıl rayonu erməni vandalları tərəfindən tamamilə dağıdılıb. Ermənistan təcavüzkar siyasətini işğal altında saxladığı ərazilərdəki maddi mədəniyyət abidələrinə də tətbiq edib, tarixi abidələrə və dini ziyarətgahlara qarşı dağıdıcı və təhqiramiz siyasət həyata keçirib. Dini məbədlərimizi, məscidlərimizi tövləyə çevirib. İnanclara qarşı bu cür hörmətsizlik heç bir ölçüyə sığmır.

Adil Əliyev bildirib ki, işğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər 27 il ərzində öz ata-baba yurdlarını tərk edərək, respublikanın 58 rayonundakı 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmaq məcburiyyətində qalıblar.

Qonaqlara bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Cəbrayıl işğaldan azad olunduqdan, Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatdıqdan sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 2020-ci il noyabrın 16-da işğaldan azad olunmuş Cəbrayıl rayonuna gedərək orada üçrəngli bayrağımızı dalğalandırıblar.

Görüşdə İSBAM-ın sədri Samir Adıgözəlli təşkilatın fəaliyyəti barədə geniş məlumat verib, Vətən müharibəsində informasiya cəbhəsində apardıqları savaşdan danışıb. Azərbaycanda baş verənlərin qardaş ölkənin mediasında önəmli yer tutduğunu, Ermənistanın təcavüzünü dünyaya çatdırmaq üçün fasiləsiz fəaliyyət göstərdiklərini bildirib.

Səmimi qəbula görə təşəkkür edən İstanbul Media Başqanı Ali Rza Yıldız qardaş Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu deyib, bu yay Türkiyədə baş verən yanğınlar zamanı qardaş köməyinə gələn azərbaycanlılara ölkəsində çox böyük sevgi və hörmətin olduğunu vurğulayıb.

Ali Rza Yıldız media qurumlarının rəhbəri olaraq münasibətlərimizin hər zaman möhkəm qalması üçün çalışdıqlarını, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində var qüvvələrini səfərbər etdiklərini bildirib.

Görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video