01 Iyul 2019 15:43
3317
Birinci vitse-prezident
A- A+

Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu işğal altındakı torpaqların azad edilməsi uğrunda döyüşə hər an hazırdır


İyulun 1-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib.

"Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli Sərəncamına uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.

Mərasim əsgərlərin meydana gəlməsi ilə başladı.

Sonra döyüş bayrağı meydana gətirildi.

Xidməti vəzifələrin icrası zamanı fərqlənən əsgərlərə Fəxri Fərman, xatirə hədiyyələri və valideynlərinə təşəkkür məktubları təqdim olundu.

Bu günün Dövlət Təhlükəsizliyi Xidmətinin Əlahiddə Alayının şəxsi heyəti üçün əlamətdar gün olduğunu deyən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyev həqiqi hərbi xidməti başa vuran əsgərləri və onların valideynlərini təbrik etdi, hərbi xidmət zamanı əsgərlərin hərbin sirlərinə dərindən yiyələndiklərini vurğuladı. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrin bütün qoşun növlərində olduğu kimi, bu hərbi hissədə də xidmətin yüksək tələblər səviyyəsində təşkili üçün hərtərəfli şəraitin yaradıldığını bildirdi.

Dövlət Təhlükəsizliyi Xidmətinin Ulu Öndərin yadigarı olmaqla Azərbaycan dövlətçiliyinin qorunması üçün xüsusi önəm daşıdığını bildirən xidmət rəisi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan nailiyyətlərdən danışdı. Qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu işğal altındakı torpaqların azad edilməsi uğrunda döyüşə hər an hazırdır.

Sonra dövlət himni səsləndirildi.

Daha sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdi.

Bu gün Azərbaycan Ordusunda xidmət edən hər bir gənc böyük şərəf hissi ilə hərbin sirlərinə yiyələnir. Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli işin öhdəsindən layiqincə gələn əsgərlərimiz dünyanın ən qüdrətli ordularından birində xidmətləri ilə qürur duyurlar. Bu gün Azərbaycan Ordusu müasir silah-sursat təminatına və maddi-texniki bazasına görə dünyada lider yerlərdən birini tutur. Amma ən əsas məsələ müstəqil ölkəmizin ordusunda xidmət edən hərbçilərdə olan Vətənə bağlılıq, Vətən sevgisi və ruh yüksəkliyidir. Üzərinə düşən vəzifələri lazımi səviyyədə icra etməyə qadir olan Azərbaycan əsgəri doğma torpağını, xalqını və dövlətini sonsuz məhəbbətlə sevir və Vətən uğrunda canından belə keçməyə hazırdır.

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak edən valideynlərlə görüşdü, onlarla söhbət etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video