04:52 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Albalı şirəsi yuxunu tənzimləyir
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:10 16.10.2011

 

Amerikalı mütəxəssislər apardıqları araşdırmalar zamanı məlum ediblər ki, albalı şirəsi ən zərərsiz yuxu yaradan təbii vasitədir. Yuxusuzluqdan əziyyət çəkənlər ondan birmənalı şəkildə istifadə edə bilərlər. Tədqiqat zamanı mütəxəssislər könüllüləri toplayıb iki qrupa ayırıblar. Təcrübə zamanı qruplardan birini albalı, digərini isə başqa meyvələrlə qidalandırıblar. Təcrübə obyekti olanlar meyvə şirəsini hər gün səhər və axşam bir stəkan içiblər. Nəticədə albalı şirəsi içənlərin yuxu norması digərlərindən daha səmərəli olub. Alimlər albalı şirəsinin yuxugətirən təsirə malik olmasını onun tərkibində melatoninin çoxluğu ilə əsaslandırıblar. Bu hormon insan beynində yuxu hüceyrələrinin fəaliyyətini tənzimləyir və insanı gümrahlaşdırır, digər tibbi preparatlar kimi orqanizmin başqa üzvlərinə mənfi fəsad vermir.

Qeyd edək ki, Yer üzündə hazırda hər dörd nəfərdən biri yuxusuzluqdan əziyyət çəkir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM