12 Iyun 2016 12:06
799
Oxucu məktubları
A- A+

Akademiyanın qarşısındakı piyada keçidində hərəkətin nizamlanmasına ehtiyac var

 

Bakı küçələrində  yaranan avtomobil sıxlığının bir səbəbi  də yollarda lüzumsuz  ləngimə törədən,  hərəkət axını sürətini aşağı salan  kənar amillərdir.  Bəzi hallarda piyada keçidi zolaqları məhz  belə “effekt” verir.  Bunlardan biri Elmlər Akademiyasının qarşısından Hüseyn Cavid parkına, yaxud əksinə, keçid üçün nəzərdə tutulmuş geniş piyada zolaqlarıdır. 

Xeyr, biz bu və ya digər yerdəki piyada keçidlərinin əleyhinə deyilik.  Təklifimiz  hərəkət “axsamasın”  deyə  eyni anda avtomobil və piyada hərəkətinin intensiv olduğu yerlərdə  nizam yaradılması ilə bağlıdır. Elmlər Akademiyasının önündən keçən hər kəs bunun şahidi olub: insanların işə, dərsə və ya sadəcə gəzməyə  gedib-gəldiyi pik saatlarda bu yerdəki piyada keçidi üzərindəki piyadaların  çoxluğundan avtomobil yolunda  ciddi sıxlıq yaranır. İstər tək-tək, istərsə qrup halında  piyadaların zolaq üzərindən  keçidləri arasında fasilə qısa olduğundan iki istiqamətdən gələn maşınlar  uzun müddət burada dayanmalı olurlar. Beləcə, maşın maşın üstə “qalanır”.  Vəziyyət gərginləşir, əsəblər tarıma çəkilir.  Qaydalara tam riayət etmək mümkün olmadığından sürücülər  bəzən  onları pozmaq məcburiyyətində qalırlar. Onları qınamalı da deyil. Əks təqdirdə küçədə əməlli-başlı tıxac yarana bilər. Bəzən yaranır da.  Çünki bu hissədə yolu  keçmək istəyən piyada çoxdur. Həm də onlar bunu dağınıq halda  edirlər. Yol enli olduğundan bir qrup piyada  əks tərəfə çatmadan, digər qrup (özü də hər iki istiqamətdə) zolağa daxil olur.

Bu səbəbdən, eləcə də piyadaların və sürücülərin təhlükəsizliyi, hərəkət intensivliyinin kəskin aşağı düşməməsi, beləcə ahəngdar hərəkət naminə Elmlər Akademiyasının önündəki  piyada keçidinin nizamlanmasını  təklif edirik. Bunu svetofor  qurmaqla da həyata keçirmək olar,  bilavasitə yol polisi əməkdaşları vasitəsilə də. Belə bir praktika artıq Bakı şəhərində səmərəsini verir: Azadlıq prospektində,  Qələbə dairəsi ətrafında və digər sıxlıq yaşanan ərazilərdə məhz polis əməkdaşlarının hərəkəti nizamlaması sayəsində tıxacların qarşısı alınır, hərəkət tənzimlənir.

Əlbəttə daha yaxşısı, bu yerdə yeraltı və ya yolüstü piyada keçidlərinin inşası  olardı. Amma ən azı belə bir qərar verilib icra edilənədək  hər hansı formada  burada hərəkətin nizamlanmasına ehtiyac var.

 

Bəhruz QƏHRƏMANOV,

Bakı şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video