02 May 2014 06:05
455
Elm və texnika
A- A+

Akademik Akif Əlizadə: Azərbaycanda AMEA sistemi üzrə doktoranturaya qəbulun formatı dəyişəcək

2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemi üzrə doktoranturaya qəbulun nəticələrini orta qiymətləndirirəm. Çalışacağıq ki, bu ilin sonunda doktoranturaya qəbulla bağlı bir sıra islahatlar aparaq. Onun formatının tamamilə dəyişmək niyyətindəyik.

AzərTAc xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə jurnalistlərə açıqlamasında demişdir.
A.Əlizadə bildirmişdir ki, nəzərdə tutulmuş dəyişikliklərlə bağlı ciddi müzakirələr aparıldıqdan sonra yekun qərar qəbul olunacaqdır.
Onun sözlərinə görə, doktoranturada islahatlar həm qəbul imtahanının məzmunun dəyişdirilməsi, həm də qəbul planı yerlərinin azaldılması ilə bağlı olacaqdır. AMEA sistemi üzrə doktoranturaya qəbul planı azaldılacaqdır. Bu da bütün istiqamətlər üzrə aparılacaqdır.
AMEA-nın prezidenti magistratura və doktoranturada oxuyan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsindən də danışmışdır. O bildirmişdir ki, həm magistratura, həm də doktoranturada oxuyan oğlanlara təhsil aldıqları müddətdə həqiqi hərbi xidmətdən möhlət hüququ verilməlidir. Çünki elmimiz çətinliklərlə üzləşir. Hərbi xidmətə gedən oğlanlar elm və təhsili bir qədər unudurlar. Fasilənin yaranması isə onlara həm psixoloji, həm də mənəvi cəhətdən təsir göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video