07:51 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

AK Parti Sədrinin birinci müavini: Ermənistan kənar ölkələrə arxalanmamalıdır
ANA SƏHİFƏ / SİYASƏT
14:56 26.07.2021

 

Ermənistan kənar ölkələrdən, öz diasporundan kömək ummaq adətindən əl çəkməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyətinin rəhbəri, AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Qarabağ zəfərindən sonra təklif edilən “altılıq” platformasını dəstəkləyirik. “Altı ölkənin - Türkiyə, Azərbaycan, Rusiya, İran, Ermənistan və Gürcüstanın müştərək bir platforma çərçivəsində problemləri öz aralarında həll etmələrini ən doğru yol olduğu qənaətindəyik. Azərbaycanla Ermənistan arasında problemlərin çözülməsinin yolu da hər iki ölkənin müharibədən sonra bu sülh ortamının davam etdirilməsindən keçir. Problemləri danışaraq, görüşərək müzakirə etmək lazımdır. Ermənistana tövsiyəmiz budur. Ermənistanın başqa ölkələrə güvənərək, öz diasporunun gücünə arxalanaraq Azərbaycana qarşı təxribatlar törətməsinin erməni xalqına da faydası olmadığını artıq anlaması lazımdır. Bundan sonrakı mərhələdə Ermənistanın təmkinli davranması onların özü üçün də faydalı olacaq”, - deyə N.Kurtulmuş qeyd edib.

Tunisdə baş verən çevrilişin qəbuledilməz olduğunu vurğulayan AK Parti Sədrinin birinci müavini deyib ki, Türkiyə hər zaman çevrilişlərə qarşıdır. Çevrilişlərin hamısı ölkələri on illərlə geri atır, bu, cinayətdir. Çevrilişlər xalqların demokratik seçiminə qarşı yönəlib. Biz Türkiyə olaraq Tunisdəki çevrilişə qarşı olduğumuzu bəyan edirik.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM