22 Fevral 2012 01:02
818
Milli Məclis
A- A+

Ailə Məcəlləsinə dəyişikliklər nəzərdə tutulub

 

Nikaha daxil olan şəxslərdən tibbi arayış tələb olunacaq

 

Azərbaycan Respublikası Ailə Məcəlləsinə dəyişiklik ediləcək. Yeni dəyişikliyə əsasən nikaha daxil olan şəxslərdən tibbi arayış tələb olunacaq. Milli Məclisin Sosial siyasət komitəsinin dünən keçirilən iclasında həmin dəyişiklik müzakirə edilib. Öncə iclasda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.   

Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, indiyədək Azərbaycanda nikaha girən şəxslər bir-birinin sağlamlığı haqqında heç bir məlumat əldə etməyiblər. Bu səbəbdən də ölkədə 200 minədək uşağın anadangəlmə əlilliyi var və onların əksəriyyəti 25-30 il yaşaya bilmir. 10 ilə yaxındır komitə yeni dəyişiklik üzərində iş aparır. Hələ son nəticə olmasa da, Ailə Məcəlləsinə edilən yeni dəyişiklik bu cür problemlərin aradan qalxmasına müsbət təsir göstərəcək.

Məcəlləyə təklif olunan dəyişikliyə görə, nikaha daxil olan şəxslər bir-birlərinin sağlamlıq vəziyyəti barədə məlumat əldə etmək məqsədilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş xəstəliklər üzrə tibbi müayinədən keçmələri haqqında arayış təqdim etməlidirlər. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri barədə peşə və xidməti fəaliyyəti ilə bağlı məlumata malik olan şəxslər bu məlumatları sirr olaraq saxlamağa borcludurlar. Həmin şəxslər bu məlumatların açıqlanmasına görə qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

İclasda çıxış edən deputat Əhliman Əmiraslanov isə yeni dəyişikliyin irsi xəstəliklərin və digər ağır patologiyaların aradan qalxmasına şərait yaradacağını vurğuladı. Komitənin sədr müavini Musa Quliyev, deputatlardan Yaqub Mahmudov və İlham Məmmədov bildirdilər ki, dəyişikliklə bağlı ictimaiyyət arasında təbliğat gücləndirilməlidir. Çünki bu, Azərbaycan gəncliyinin gələcəyi üçün çox vacib dəyişiklikdir.   

İclasda həmçinin "Dağınıq skleroz xəstəliynə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun layihəsinin (III oxunuş) müzakirəsi aparıldı. Hadi Rəcəbli diqqətə çatdırdı ki, bu sənəd Milli Məclisin plenar iclasında 2 oxunuşdan keçib və heç bir irad bildirilməyib.

Hər iki sənədi müzakirə olunmaq üçün parlamentin plenar iclasına çıxarmaq tövsiyə olundu.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video