28 Oktyabr 2021 15:54
1279
İQTİSADİYYAT
A- A+

AİİB Müdirlər Şurasının növbəti İllik Toplantısı Moskvada keçiriləcək

 

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Müdirlər Şurasının 6-cı İllik Toplantısı keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, toplantı çərçivəsində keçirilən “Müdirlərin Dəyirmi Masası”nda çıxış edən nazir Mikayıl Cabbarov hazırda dünyada bəşəriyyətin üzləşdiyi ən böyük çağırışlardan birinin iqlim dəyişiklikləri ilə bağlı olduğunu, dünyanın bu məsələyə fokuslandığını, Paris İqlim Sazişində əksini tapmış məqsədlərə çatmaq üçün dövlətləri yeni, daha düzgün yanaşmalara sövq etdiyini vurğulayıb. Qeyd edilib ki, AİİB-in “yaşıl” və dayanıqlı gələcəyin təmin olunmasına yönəlmiş fəaliyyəti önəmlidir. 2020-ci ildə AİİB-in dünyada dayanıqlı infrastruktura töhfəsi 1,2 milyard dollar təşkil edib və iqlimlə bağlı olan 13 layihə maliyyələşdirilib. Nazir Bankın üzv ölkələri “yaşıl” və güclü iqtisadiyyat qurmaqda dəstəyini davam etdirməsi barədə müzakirələrin əhəmiyyətini qeyd edib.

Bu istiqamətdə ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verən iqtisadiyyat naziri növbəti 10 il üçün müəyyənləşdirilmiş Azərbaycanın Milli Prioritetləri çərçivəsində iqtisadiyyatın “yaşıl” və davamlı inkişafına, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi diqqət yetiriləcəyini bildirib. Nazir Bankın üzv ölkələrin inkişafında və iqtisadi artımında rolunu qeyd edib, dəstək tədbirlərinin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

Toplantıda AİİB-in 2020-ci il üzrə illik hesabatı qəbul edilib, növbəti illik toplantının 2022-ci ilin oktyabrında Rusiyanın paytaxtı Moskvada keçirilməsi qərara alınıb, qarşıdakı dövr üçün vəzifələr və sair məsələlər müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video